Hollivud ulduzları Demi Mur ilə Eşton Katçerin boşanacaqlarına dair xəbərlər, nəhayət, təsdiqini tapıb
Associated Press-in verdiyi məlumata görə, Mur 6 illik nikaha son qoyacaqlarını rəsmən təsdiqləyib. 49 yaşlı aktrisa bu qərarı çətinliklə verdiyini söyləsə də, boşanmanın səbəbini açıqlamayıb.
"Müəyyən dəyərlər var ki, onlar müqəddəsdir. Ətrafımızdakılardan məsələyə anlayışla və hörmətlə yanaşmalarını istərdim", - deyə Demir Mur bildirib.
33 yaşlı Katçer də məsələyə münasibət bildirib. O, Twitter sosial şəbəkəsindəki səhifəsində "Demi ilə keçirdiyi ömrü həmişə sevgi ilə xatırlayacağını" yazıb:
"Nikah dünyanın ən çətin işlərindən biridir. Təəssüf ki, bəzən o, pozulmalı olur".
"People" jurnalının versiyasına görə, məşhur cütlüyün ayrılmasına səbəb Katçerin xanımına xəyanət etməsidir. Onun xəyanətinin bu ilin sentyabrında Mur tərəfindən üzə çıxarıldığı bildirilir.