EMİN pərəstişkarlarına müraciət etdi

Şrift : |
Tarix :7-12-2011, 13:19
Bölmə : Mədəniyyət
Kömək :    
Baxılıb : 158 dəfə
Like :
Like :

    "Bu konsertlə Nardarandakı 130 saylı məktəbin bərpası tamamlana bilər"

    Məşhur azərbaycanlı ifaçı və bəstəkar Emin Ağalarovun Bakıda verəcəyi konsertlə bağlı yeni xəbərlər var. ANS PRESS-in məlumatına görə, ifaçı 22 dekabrda Bakıda verəcəyi konserti ilə bağlı onu sevənlərə müraciət edib:

    "Bakıda verəcəyim konsert əvvəlki konsertlərim kimi xeyriyyə məqsədi daşıyır. Konsertdən əldə edilən vəsaitlə Nardarandakı 130 saylı məktəbin bərpasının son mərhələləri tamamlana bilər. Biz bu layihəni keçən il başladıq. Mənim Bakıda verdiyim son 2 konsertimdən əldə edilən pullarla artıq məktəbin bütün pəncərələri, damı və istilik sistemini yeniləmişik. Həmçinin mühüm təmirləri başa çatdırmağı bacardıq. Məktəb yeni girişə və gimnastika avadanlığına malikdir. Mənim ümidim 22 dekabradır. Həmin gün verəcəyim konsertdən toplanmış pullarla biz yenidənqurmanı tamamlaya bilərik".

    "Bu, mənim ürəyimcə olan bir layihədir - bunu sevənlərimlə bölüşməkdən çox şadam. Konsertlərdə onlardan aldığım dəstəklə biz çox qiymətli töhfə etmiş oluruq. Mənim Bakı konsertlərim məktəbdəki yenidənqurmanın sona çatdırılmasına səbəb olacaq və biz bununla çox fəxr edə bilərik!", deyə Emin Ağalarov əlavə edib.

    Qeyd edək ki, müğənni-bəstəkar Emin Ağalarov dekabrın 22-də Bakıda Heydər Əliyev Sarayında konsert verəcək. Sənətçi bu konserti ilə 2012-ci il üçün nəzərdə tutulan dünya turnesinə start verəcək. Sözügedən konsert müğənni-bəstəkarın karyerasında yeni mərhələ olacaq.

    Emin Ağalarov hazırda məşhur prodüserlərdən hesab olunan Piter Berdlə çalışır və konsertə aktiv hazırlaşır. Konsert proqramının quruluşu ilə məşğul olan prodüser EMİNin bu konsertinin çox möhtəşəm olacağını deyir: "Sözügedən konsert olduqca maraqlı tamaşa olacaq. Bu şouda EMİNin geniş yaradıcılıq potensialının və səhnə ustalığının şahidi olacaqsınız. Tamamilə yeni şou hazırlamışıq. EMİNin çıxışı məxsusi olaraq bu şou üçün hazırlanmış fövqəladə qrafikalarla işlənmiş müasir videogörüntülərlə müşahidə olunacaq."

    Bu konsert Yeni İl ərəfəsində ən möhtəşəm şou-proqramlardan biri olacaq. Çıxış zamanı müasir işıq və texniki avadanlıqların, yüksək səviyyəli dekorasiyaların quraşdırılması nəzərdə tutulub.

    Emin Ağalarov özü Bakı konserti haqqında bunları deyir: "Mən Bakıdakı sadiq pərəstişkarlarıma yeni hazırladığımız şounun premyerasını təqdim etməkdə çox şadam. Dünya bu şounu ancaq gələn il görə biləcək. Proqramda çoxlu yeni mahnılar və artıq sevilən hitlərim olacaq".

    Konsertdə Azərbaycana qalibiyyət sevinci yaşadan "Eurovision - 2011" mahnı müsabiqəsinin birinciləri Ell və Nikkinin ( Eldar Qasımov və Nigar Camal ) iştirakı da gözlənilir.


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO