"Bu zarafat deyil, xahiş edirəm sözlərimi ciddi qəbul edəsiniz"
"Vallah, mənim statusum Tolikdə olsa, heç sizə salam da verməz." Müğənni Röya bu sözləri gənc müğənni Sevinc Ağaşirinovanın klipinin təqdimat mərasimində söyləyib.
Tədbirdə özünün sadəliyindən danışan Röya bunları deyib: "Nə qədər ucalsam da, o qədər sadəyəm. Vallah, mənim statusum Tolikdə olsa, heç sizə salam da verməz."
Prodüsser Tolikin də qatıldığı tədbirdə hamı bu sözləri gülüşlə qarşılayıb. Röya isə gülüşlərə belə reaksiya verib: "Bu, zarafat deyil, xahiş edirəm sözlərimi ciddi qəbul edəsiniz".