Sevda Ələkbərzadənin konserti "WOMİST - İstanbul Dünya Müzikleri Festivalı" çərçivəsində baş tutacaq
Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə sabah - 14 dekabrda İstanbulda konsert proqramı ilə çıxış edəcək.Sənətçinin konserti "WOMİST - İstanbul Dünya Müzikleri Festivalı" çərçivəsində baş tutacaq. Festivala 8 ölkədən - Argentina, Avstirya, Azərbaycan, Bosniya -Herseqovinya, Bolgarıstan, Fransa, Əlcəzair və Türkiyədən musiqiçilər qatılacaq.
Sevda Ələkbərzadə tamaşaçılarla İBB Fatih Ali Emiri Efendi Kültür Mərkəzində görüşəcək.
Qeyd edək ki, ikinci dəfə keçirilən "WOMİST - İstanbul Dünya Müzikleri Festivalı" 8-19 dekabr 2011 tarixində İstanbul Büyükşehir Bələdiyəsi Kültür Müdürlüyünün dəstəyi ilə gerçəkləşəcək.