 |
Şrift : |
|
 |
Tarix : | 13-12-2011, 21:32 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 115 dəfə |
Like : |
|
Like : |
|
|
Vəfa Quluzadə: “Hələ bilmək olmaz 2019-cu ilə qədər Rusiya qalacaq”
Rusiyanın “RİA Novosti” agentliyinin yaydığı məlumata əsasən, 2019-cu ildə Rusiya Azərbaycanın Qəbələ rayonunda “Voronej-VP” adlı müasir RLS-in tikintisini bitirəcək. Bu barədə agentliyə müsahibəsində “Akademik Mints adına Radiotexniki İnstitutu” ASC-nin (RTİ ASC) baş direktoru Vladimir Savçenko məlumat verib.
Məlumatda o da bildirilir ki, RTİ ASC radiolokasiya stansiyaların metr və desimetr tipli yeganə təmsilçisidir. Rusiya “Voronej-VP” RLS-i tikməklə regionda raket hücumuna qarşı müasir stansiyaya malik olacaq. V.Savçenko deyib ki, RLS-in tikintisi 2017-2019-cu illərə nəzərə tutulub: “Lakin sonuncu qərar siyasi səviyyədə qonşularımız tərəfindən qəbul olunacaq”. Baş direktor onu da bildirib ki, Dəryal (Qəbələ-red.) RLS-in demontajından söz gedə bilməz, çünki bu stansiya Azərbaycanın mülkiyyətindədir: “Yeni stansiya isə modullu olaraq Rusiyanın mülkiyyətində olacaq. Yəni bu stansiyanı hər zaman demontaj edərək digər ərazidə yığmaq olar”. Xatırladaq ki, bu ilin noyabrında Rusiyanın müdafiə naziri Anatoliy Serdyukov Qəbələ RLS-də yenidənqurma işlərinin aparılacağı və yenisinin Rusiyadakı zavodların birində montaj ediləcəyi barədə məlumat verib. Qeyd edək ki, Azərbaycan tərəfi Qəbələ RLS-in kirayə haqqını qaldıraraq, azərbaycanlı hərbçilərin stansiyada sayının artırılmasını tələb edib. Lakin rusiyalı nazirin fikrincə, Moskva köhnə kirayə haqqının qalmasında maraqlıdır, çünki əvəzində quraşdırılacaq RLS kəmiyyət baxımından çoxlu xərclər aparmayacaq. Məlumat üçün bildirək ki, 10 illik kirayə müqaviləsi Rusiya ilə Azərbaycan arasında 2002-ci ildə bağlanıb. Məsələni şərh edən keçmiş dövlət müşaviri Vəfa Quluzadə aşağıdakıları bildirdi: “Fikrimcə, Azərbaycan tərəfi yeni RLS-in yaranmasına getməməlidir. Bu, ölkəmizin Qərblə münasibətlərinə zərbə vuracaq. Köhnə RLS ölkəmizə böyük ziyan vurdu, həm ekologiyanı zəhərlədi, həm də genofonda mənfi təsir göstərdi. Mən Azərbaycan tərəfini bu məsələdə qətiyyətli olmağa çağırıram. Rusiyadakı inqilab küləyi buna əsas verir. Hələ bilinmir ki, 2019-cu ilə Rusiya qalacaqmı? Rus xalqı özü Putin rejimindən qurtulmaq istəyir. Hər şeydən əlavə, yeni RLS-in yaranması xarici dövlətin ölkəmizdə hərbi bazası deməkdir. Qətiyyətli olaq, tələsməyək. Bir daha qeyd edim ki, Azərbaycanda "Voronej-VP" RLS-in yerləşdirilməsi ilə faktiki olaraq Rusiya raket əleyhinə sistemə daxil olacaq və bununla da Qərbin əleyhinə yönələrək Bakını Moskvanın bu məsələdə hərbi müttəfiqinə çevirəcək”.
|