 |
Şrift : |
|
 |
Tarix : | 13-12-2011, 21:34 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 197 dəfə |
Like : |
|
Like : |
|
|
Novruz Məmmədov: “Belə təəssürat yaranır ki, ABŞ-ın erməni diasporu qarşısında hansısa ciddi öhdəlikləri var”
Bir neçə günlük sükutdan sonra rəsmi Bakı ABŞ dövlət katibi Hillari Klintonun 2011-ci il dekabrın 9-da Beynəlxalq İnsan Haqları Günü münasibətilə verdiyi bəyanatda Azərbaycanla bağlı fikirlərinə münasibət bildirib. Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov dövlət katibinin bəyanatını “çox maraqlı bəyanat” adlandırıb və fikirlərini bununla izah edib.
“Əvvəla, qeyd etməliyəm ki, insan haqları mövzusunda diskussiyalar, heç şübhəsiz, müasir aləmdə çox böyük əhəmiyyət kəsb edir və bu hüquqları müdafiə etməyə çalışmaq tamamilə normal haldır. Lakin məgər insan haqları öz əhəmiyyətinə görə müxtəlif kateqoriyalara bölünürmü?” N.Məmmədov bildirib ki, ABŞ Dövlət Departamenti erməni təcavüzünün qurbanı olmuş bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulması məsələsinə tamamilə etinasızlıq göstərir: “Əgər bu, Birləşmiş Ştatlar üçün həqiqətən vacib məsələdirsə, onda elə həmin Dövlət Departamentinin erməni tərəfin qanunazidd silahlı təcavüzü nəticəsində doğma torpaqlarından qovulmuş 1 milyon azərbaycanlı qaçqının və məcburi köçkünün hüquqlarının pozulması məsələsində susmasını nə ilə izah etmək olar? Nə üçün bu barədə heç kəs ciddi bəyanatla çıxış etmir?” Xanım Klintonun Zimbabve ilə yanaşı, Azərbaycanın adını çəkməsinə münasibət bildirən N.Məmmədov belə deyib: “Yəqin ki, dövlət katibi üçün bu çıxışı hazırlamış şəxslər Zimbabve ilə yanaşı Azərbaycan haqqında danışanda ingilis əlifbasının məntiqinə əsaslanıblar. Lakin ya onlar bu əlifbanı pis öyrəniblər, ya da biz ABŞ-ın xarici siyasətində yenə ikili standartların təzahürü ilə üzləşirik. İndiki halda bütün arqumentlər göz qabağındadır. Belə təəssürat yaranır ki, Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var. Amerika məhz bu cür münasibət nümayiş etdirir və bu xəttə sadiq qalacağını hər dəfə sübut edir”. “Azadlıq” radiosu xəbər verir ki, N.Məmmədov Ermənistanda keçirilən seçki zamanı ABŞ-ın tutduğu mövqeyə də münasibət bildirib: “Hətta Ermənistan həbsxanalarında yüzlərlə siyasi məhbus saxlansa, hakimiyyət bütün KİV-ləri bağlasa və fövqəladə vəziyyət elan etsə belə, ABŞ susacaq. Belə təəssürat yaranır ki, ABŞ-ın erməni diasporu qarşısında hansısa ciddi öhdəlikləri var və bu, həm media qurumlarını, həm də rəsmi şəxsləri yalnız Azərbaycan haqqında mənfi fikir söyləməyə, Ermənistan barəsində isə yalnız müsbət rəy bildirməyə məcbur edir”.
|