 |
Şrift : |
|
 |
Tarix : | 20-12-2011, 13:36 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 233 dəfə |
Like : |
|
Like : |
|
|
Onun meyiti dənizdən çıxarılıb
Bakı bulvarında özünə qəsd edən məktəbli ilə bağlı şok məlumatlar əldə etdik. Özünü öldürən Sənan Abbasov hadisədən əvvəl Facebook səhifəsindəki son statusunda özünü öldürəcəyini xəbər verib. O, statusunda “Ölümə gedirəm, gələn var?” yazıb. Onun statusuna cavab yazanlar arasında ona qoşulan, Sənanı bir qıza görə özünü öldürməsinə haqq qazandırmayanlar da var. Amma Sənanın son sözləri “sağ olun, mən getdim” olub. Sənanın profil şəklinə siqaret yerləşdirməsi, digər statuslarında qəmli mahnılar paylaşması onun hansı durumda olmasından xəbər verir. Səbail rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
|