 |
Şrift : |
|
 |
Tarix : | 12-01-2012, 15:09 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 372 dəfə |
Like : |
|
Like : |
|
|
“Şöbə müdiri təhsili “bazar”a çevirib”
Son zamanlar respublikamzda təhsilin səviyyəsinin artırılması yönündə dövlət tərəfindən bir sıra təqdirəlayiq işlər görülür. Buna misal olaraq əyalət rayonlarında yeni tikilmiş və əsaslı təmir olunmuş məktəb və məktəbə qədər tədris müəssisələrini göstərmək olar. Ancaq buna baxmayaraq bəzi rayonların təhsil şöbələrinin rəhbərləri özlərinin vəzifələrindən gəlir mənbəyi kimi istifadə edirlər. Belə ki, əldə etdiyimiz məlumatlara görə Gədəbəy rayon kənd məktəblərində dərsə davamiyyət çox aşağı səviyyədədir. Məlumatı verən mənbə bildirir ki, yuxarı siniflərin bəzi şagirdləri var ki, illərlə məktəb üzü görməsələr də adları sinif jurnalında əksini tapıb və beləliklə saxta attestatla təmin olunurlar. Məktəbə qədər təhsil müəssisələrində isə uşaqların gündəlik sayı ilə jurnalda göstərilən saylar tam ziddiyyət təşkil edir. Mənbə bildirir ki, təhsil şöbəsinin müdiri Ramiz Məmmədovu müdafiə edənlər var: “Bir uşaq üçün dövlət tərəfindən xərclənən məbləği nəzərə alsaq, Gədəbəy rayon Təhsil Şöbəsinin müdiri Ramiz Məmmədovun dövlət budcəsindən gün ərzində etdiyi “oğurluğu” hesablayıb, bunu həmin vəzifədə işlədiyi illərin sayına vursaq, bəlkə də, ən azı bir baxça tikintisinə düşən xərc qədər edər. Belə çıxır ki, təhsil şöbəsinin müdiri bu qədər rahat formada dövlətin pulunu mənimsəyə bilirsə, deməli, kimsə ona yardımçı olub “day-day”lıq edir. Ona görə də “Şöbə müdiri təhsili “bazar”a çevirib”. Bunun başqa bir izahı yoxdur”- deyə mənbə bildirir. Növbəti araşdırmalarda Ramiz Məmmədovun rayonda yüksək post tutan adamlarına arxalanaraq təhsil şöbəsində törətdiyi qanunsuz işlər barədə tanış olacaqsınız. Gədəbəy rayonunda yüksək postda oturub Ramiz Məmmədova himayədarlıq edənlər kimlərdir? Gədəbəy təhsili ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
|