 |
Şrift : |
|
 |
Tarix : | 16-01-2012, 19:47 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 521 dəfə |
Like : |
|
Like : |
|
|
Cəlilabadda sağlam adamlara əlillik vəsiqəsi verilir
30 saylı TSEK- də sağlam adamları xəstələndirirlər.Bununla bağlı redaksiyamıza məlumatlar daxil olub.Rayonun kənd sakinləri şikayət edərək TSEK- in rəhbəri Mustafa İbadovun və onun işçisi Aqil adlı şəxsin əlillərdən pul tələb etdiyini yazırlar.
“Baxmayaraq ki,ölkədə rüşvət və korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilir,yenə də TSEK- in müdiri Mustafa İbadov özünün iş prinsipi olan saxtakarlıq kimi çirkin əməllərindən əl çəkmək istəmir.Azərbaycan qanunları TSEK- də işləmir.Mustafa İbadov TSEK-də olduğu müddətdən vəziyyət dözülməz hal alıb.Regionda hər kəsə bəllidir ki,onun gördüyü işlərin hamısı saxtakarlıq və rüşvər üzərində qurulub.Hansı ki,pul verməyən,həqiqətən xəstəliyi olan adamlar üzdəniraq TSEK rəhbərinin qəzəbinə tuş gəlib,süründürməçiliyə məruz qalır.Belə vəziyyətdə sağlam və iş qabiliyyətli şəxslər isə pul müqabilində tək şəxsiyyət vəsiqəsini verməklə istədikləri əlillik qruplarını alırlar.Etibarlı mənbənin deməsinə görə,TSEK- də hər bir sənədin öz qiyməti var.Xəstəlik və əlilliyə görə təqaüdə çıxmaq üçün qadınlar 1800,kişilər isə 2000 manat rüşvət verməlidirlər: “Rüşvətin ödənilməsi müqabilində Mustafa müəllim 20 gün müddətində saxta sənədlər əsasında hər şeyi istədiyi kimi düzüb- qoşur.Rayonda kimi dindirirsən,ya xəstəlik ya da əlilliyə görə təqaüd aldığını deyəcək.Halbuki bu adamların çoxu sağlamdır.Əgər 2009- cu ildən bu günədək təqaüdə çıxanların sənədləri TSEK- də araşdırılsa,onda vəziyyətin necə olduğu görünər.Hərbi xidmətə yararlı yeniyetmələri də burada “yararsız” edirlər.30 saylı TSEK-i özününküləşdirən M.İbadov qeyri-qanuni hərəkətləriylə o qədər işlər görüb ki,artıq həqiqi əlil və xəstələr onun əlindən zara gəliblər.” Bizdə olan məlumata görə bu işlərdə Mustafa İbadova qardaşı Səxavət İbadov köməklik edir.Xatırladaq ki,S.İbadov baş idarədə mühüm vəzifədə işləyir.Yaxın günlərdə İbadovların və Aqil (pul maşını,jurnalist,kimya müəllimi,yalançı) müəllimlə bağlı mövzuya qayıdacağıq.
|