 |
Şrift : |
|
 |
Tarix : | 30-01-2012, 14:01 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 357 dəfə |
Like : |
|
Like : |
|
|
Hərbi komissarlıqların yoxlanılması prosesi davam edir
Hərbi komissarlıqların yoxlanılması prosesi davam edir. Bir müddət öncə bəzi hərbi komissarlar tutduqları vəzifələrdən çıxarılıblar. Və onlardan bir neçəsi də artıq həbs olunub. 7GUN.az-a daxil olan məlumatlara görə, bu günlərdə Ucar rayon hərbi komissarlığında da artıq yoxlamalara başlanılıb. Məlumata görə digər rayonlarda olduğu kimi Ucar rayonunda da ciddi qanun pozuntuları vardır. Ucar rayonunda ən ciddi nöqsan hərbi xidmətə yaralı olan çağrışçıların valideyinlərindən rüşvət alıb onları hərbi xidmətdən yayındırıblar. Hərbiyə yararsız olan çağrışçılardan isə tələb olunan vəsait verilməyəndə həmin vətəndaşların hərbi xidmətə göndərilməsi halları müəyyən olunub. Aldığımız məlumatlara görə hazırda Ucar rayon hərbi komissarlığında ciddi yoxlamalar aparılır və yaxın günlərdə hərbi komissarın həbsi gözlənilir.
Qeyd edək ki, bir müddət əvvəl Binəqədi rayonu hərbi komissarı Feyzi Ağabəyov və Suraxanı rayonunun hərbi komissarı Təvəkkül Ağayev tutulublar. Hər iki komissar barəsində Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) və 341.1-ci (hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə cinayət işi başlanıb. Barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
|