 |
Şrift : |
|
 |
Tarix : | 10-02-2012, 12:15 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 206 dəfə |
Like : |
|
Like : |
|
|
Ceyranbatan Qurğular Kompleksindən Sumqayıt şəhərinə çəkilmiş magistral boru xətti partlayıb
Şaxtalı hava səbəbindən Ceyranbatan Qurğular Kompleksindən Sumqayıt şəhərinə çəkilmiş 1200 mm-lik magistral boru xəttində qəza baş verib. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, hazırda magistral kəmərdə təmir işləri aparılır və işlərin günün sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
Bununla əlaqədar fevralın 10-da gün ərzində Sumqayıt şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
|