 |
Şrift : |
|
 |
Tarix : | 13-02-2012, 15:29 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 177 dəfə |
Like : |
|
Like : |
|
|
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq: “Azərbaycan və ABŞ dövlət rəsmləri artıq səfir məsələsinin həlli ilə bağlı danışıqlar aparıb”
“ABŞ-ın yüksək vəzifəli dövlət rəsmləri anlayırlar ki, tezliklə Azərbaycana səfir təyin olunmalıdır”. Bu açıqlamanı jurnalistlərə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq verib.
“Bu məsələ Münhendə dövlət katibi Hillari Klintonla Azərbaycan prezidenti İlham Əliyev arasında keçirilən görüşdə müzakirə olunubmu?” sualını cavablandıran A. Sterlinq bildirib ki, əslində bu, özəl görüş olub: “Detalları qeyd etmək istəməzdim. Ancaq onu deyim ki, Azərbaycan və ABŞ dövlət rəsmləri artıq səfir məsələsinin həlli ilə bağlı danışıqlar aparıb. ABŞ başa düşür ki, iki ölkə arasında əlaqələr daha da güclənməlidir. Artıq ABŞ öz üzərinə götürüb ki, iki ölkə arasında əlaqələrin genişləndirilməsində öz töhfəsini versin”.
A. Sterlinq ABŞ və Azərbaycan arasında hökumətlərarası iqtisadi komissiyanın iclasının keçirilməsi məsələsinə də toxunub: “Bu görüşün nə vaxt baş tutacağını deyə bilmərəm. Hazırda iki ölkə rəsmləri bunun üzərində işləyir. Ümid edirəm ki, komissiyanın iclası bu il keçiriləcək”.
|