 |
Şrift : |
|
 |
Tarix : | 30-09-2011, 14:33 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 585 dəfə |
Like : |
|
Like : |
|
|
Təqsirləndirilən şəxslər ittiham aktı ilə razılaşmadıqlarını bildiriblər
Bu gün Səbail Rayon Məhkəməsində İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin cinayət işi əsasında məhkəmə prosesi davam etdirilib. Günün birinci yarısında keçirilən prosesdə Arif Hacılı son söz deyib. Arif Hacılı ittiham aktı ilə razılaşmadığını, İctimai Palatanın aksiyası ilə bağlı saxlanılan 6 nəfər barəsində ədalətsiz hökm çıxarıldığını deyib. Təqsirləndirilən şəxs sözügedən aksiya ilə bağlı saxlanılan şəxslərdən heç birinin cinayət törətmədiyini bildirib. A. Hacılı məhkəmədən barələrində bəraət hökmü çıxarılmasını xahiş edib. Daha sonra son söz deyən Fuad Qəhrəmanlı da ittiham aktı ilə razılaşmadığını vurğulayıb, məhkəmənin bəraət hökmü çıxarmasını istəyib. Zamində olduğunu xatırladan F. Qəhrəmanlı deyib ki, məhkəmə digər təqsirləndirilənləri azadlıqdan məhrum etsə, ona da eyni cəzanı versin. Daha sonra prosesdə fasilə elan olunub. Fasilədən sonra digər təqsirləndirilənlər - Tural Abbaslı və Məhəmməd Məcidli son söz deyəcək. Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin hər birinin 3 il, Fuad Qəhrəmanlının isə 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
7GUN.AZ
|