Günahlandırılan qospital rəisi danışdı

Şrift : |
Tarix :30-09-2011, 15:20
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 1239 dəfə
Like :
Like :

    Mərkəzi Hərbi Klinik Hospitalın rəisi: “Əsgər Novruzovun yaşayacağına 10 faiz ümid yeri vardı


    “Deyilən sözləri biz qəbul edirik. Əslində bizə buraya gəlməyi heç kim vadar etməyib. Özümüz gəlmişik. İctimaiyyətə çatdırmaq lazımdır ki nə baş verib”. “Bunu bu gün Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) ofisində keçirilən mətbuat konfransında Silahlı Qüvvələr Mərkəzi Hərbi Klinik Hospitalının rəisi tibb xidməti polkovniki Asif Qurbanov bildirib.
    Onun sözlərinə görə, əsgər Eldar Novruzov iyunun 29-dan hospitalda müalicəyə başlayıb. “Bundan öncə əlahiddə tibb taborlarında və Gəncə hospitalında müalicə olunub. Gəncədə tövsiyyə olunub ki, Bakıya göndərilsin. İyunun 29-da isə sol tərəfində xroniki harmoritin kəskinləşməsi diaqnozu ilə bizə qəbul olunub. Xəstə qəbul edilərkən müalicə aparılıb. Kompyuter, nüvə müayinəsi aparılıb və xəstədə qeyd edilən diaqnoz təsdiqlənib. İyulun 25-nə qədər həmin istiqamətdə müalicə alıb”.
    Asif Qurbanovun sözlərinə görə, müalicə müddəti bitəndən sonra öz sərəncamı ilə xəstə hərbi həkim komssiyasına təqdim edilib və vəziyyətinin yaxşılaşdığı üçün ona 15 günlük məzuniyyət verilib və müalicə həkimi polkovnik-leytanant Vasif Adıgözəlova bildirilib ki, zərurət olsa əlavə müalicə ala bilər.
    “Avqustun 3-də xəstə Vasif həkimə müraciət edib. Məzuniyyətdə olduğu dövrdə ehtiyacı olduğuna görə, yaşadığı ərazidə hərbi komendaturaya müraciət edərək müalicəyə göndərilib. Avqustun 4-də Sumqayıt Polis İdarəsinin göndərişi ilə Sumqayıtda əlahiddə tibb taboruna qəbul olunub, avqustun 5-də isə bizə göndərilb. Müalicə müddətində biz lazımı müayinə aparmışıq. Müdafiə nazirinin 57 saylı əmrinə əsasən bizim xəstələri Səhiyyə Nazirliyinin istənilən tibb məntəqəsində müalicə etməyə səlahiyyətimiz var. E.Novruzov da Zərifə Əliyeva əleyhinə adına göz xəstəlikləri instituna aparıldı.
    Bu zaman əsgərin valideynləri bildirdlilər ki, Türkiyədən Burhan Dadaş adlı həkim gəlib və əsgəri onun müayinəsinə verilməsinə icazə istədilər. Sentyabrın 9-da buna icazə verdik. Mən dedim ki, aparın baxsın. Qeyd edim ki, əsgərin təbii burun deyişiyindən stoloji və histoloji müalicə üçün Vasif həkim tərəfindən dəlik açılıb. Biz başqa diaqnoz qoymuşduq. Amma nəticələr fərqli oldu. Biz belə düşünmürdük. Türkiyəli həkim də müvafiq müayinə apardı və onda şübhə yaranmışdı. Amma xəstəyə vizual baxışda belə xəstəlik görünmürdü. Çürümə əlamətləri yox idi. Histoloji müayinədən sonra bu şübhələr ortaya çıxdı”.
    A.Qurbanov bildirdi ki, şübhələr ortaya çıxandan sonra əsgərin müayinəsinı başlanılıb. “Onda veqener qranulematoz xəstəliyi aşkarlandı. Bu xəstəliqə mənim praktikamda rast gəlinməyib. O səbəbdən bu xəstəliyin diaqnozunda əlamətləri ortaya çıxmadığı üçün şübhələnməmişdik. Valideynlər çox təkid etdilər ki, Gülhanəyə getsin. Biz onun əməliyyatını burda təklif edəndə onlar qəti etiraz etdilər. Biz bunun müalicəsini apardıq və valideynlərinə də deyə bilmirdik ki, əsgəri nə gözləyir”, - deyə o bildirdi.
    A.Qurbanovun sözlərinə görə, Müdafiə Nazirliyinin icazəsi olmadan kimsənin Gülhanəyə göndərilmədiyi barədə məlumat yalandır: “Müdafiə nazirinin masasının üstündə xəstələrin siyahısı olur və onlar heç də hamısı Gülhanəyə getməli deyillər. Hansı xəstə getməlidir, sənədləri araşdırlır və qərarlar qəbul olunur. Eyni zamanda Türkiyə tərəfi ilə razılaşdırılır. Amma E.Novruzovla bağlı vəziyyət bir qədər fərqli oldu”. Onun sözlərinə görə, E.Novruzov bu günə kimi Azərbaycan Ordusunun tarixində Türkiyə tərəfindən razılıq alınmadan Gülhanəyə göndəriləcək ilk əsgər olacaqdı. “Yaşayacağına 10 faiz ümid yeri vardı. Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Ramiz Nəcəfov Türkiyənin Azərbaycandakı hərbi attaşesinə zəng elədi, razılıq aldıq və göndərildi”, - deyə o bildirdi.

    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO