 |
Şrift : |
|
 |
Tarix : | 3-10-2011, 10:51 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 1068 dəfə |
Like : |
|
Like : |
|
|
Korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi başladı
Bir müddət öncə start götürən antikorrupsiya tədbirlərinin özünü doğrultmaması hakimiyyəti yenidən bu mövzuya qayıtmaq məcburiyyətində qoyub. Belə ki, korrupsiyaya qarşı mübarizənin II mərhələsini başlayıb. Bildirilir ki, artıq rayonlarda antikorrupsiya yoxlamaları aparılır. Etibarlı mənbələrdən TİA.AZ-a daxil olan məlumatda deyilir ki, bir çox rayonlarda həyata keçirilən yoxlamalar əsasən dövlət müəssisələrini əhatə edir. Lakin bu müəssisələr kateqoriyalara bölünüb. Mənbənin sözlərinə görə, ilkin mərhələdə təhsil və səhiyyə sahələrində yoxlama aparılır. Bunun ardından isə digər dövlət qurumları hədəfə götürüləcək. Mənbə iddia edir ki, ikinci dalğa kifayət qədər ağır olacaq. Bu dəfə daha ciddi həbslərin olacağı istisna edilmir. 7GUN.AZ xəbər portalına daxil olan məlumatda isə bildirilir ki, əslində hakimiyyət antikorrupsiya tədbirlərinin ikinci mərhələsini bir neçə nazirdən yaxa qurtarmaq məqsədi ilə həyata keçirir. Son günlər ölkə və dünya mətbuatında bir sıra nazirlərin adlarının hallandırılması da buna əsas verir.
7GUN.AZ
|