 |
Şrift : |
|
 |
Tarix : | 4-10-2011, 17:33 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 1319 dəfə |
Like : |
|
Like : |
|
|
Cüzamlı xəstələrdən biri öldü
Cüzamlı xəstələrin daima diqqət və nəzarətdə saxlanması ən vacib məsələlərdən biridir. Yoluxucu olmasa da irsi daşıyıcılıq əlamətlərinə malik olan bu xəstəliklə bütün dünya dövlətləri ciddi mübarizə aparır. Qeyh edək ki, bu növ xəstələr Azərbaycanda çoxluq təşkil edir və onların müalicəsini təmin etmək üçün hətta xüsusiləşdirilmiş xəstəxana da fəaliyyət göstərir. Amma bu xəstəxananın necə idarə olunduğu, xəstələrin hansı şəraitdə saxlanmasından isə səhiyyə naziri Oqtay Şirəliyev xəbərsizdir. Xəstələrin dediklərindən belə başa düşmək olur ki, cüzamlı xəstələr mütəmadi olaraq müayinə olunmur, ambulator xəstələrə nəzarət demək olar ki, yox dərəcəsindədir. Xəstəxananın baş həkimi, 10 ildən artıqdır ki, bu postda istədiyini edən Vidadi Əliyev xəstələrə qətiyyən nəzarət etmir. Elə bunun nəticəsi olaraq ötən günlərdə cüzamlı xəstə Qasım Məmmədov dünyasını dəyişib. Bizimxeber.com-a daxil olan məlumata görə, bir neçə il xəstəxanada müalicə alan Qasım Məmmədovun vəziyyəti baxımsızlıq üzündən günü-gündən pisləşib. Hətta onun əl və ayaq barmaqlarını ambutasiya da ediblər. Lakin vəziyyətin ağırlaşdığını görən, baş həkim Vidadi Əliyev xəstənin qohumlarını çağıraraq onun evə aparılmasını tələb edib. Görünür, Vidadi Əliyev düşünüb ki, xəstənin xəstəxanada dünyasını dəyişməsi böyük səs-küyə səbəb olacaq. Məcburən evə göndərilən cüzamlı xəstə Qasım Məmmədov bir neçə gün əvvəl evində dünyasını dəyişib. Məlumatı dəqiqləşdirmək üçün Vidadi Əliyevlə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı. Səhiyyə Nazirliyindən isə bildirdilər ki, onlarda belə bir məlumat yoxdur və bundan xəbərsizdirlər. Qeyd edək ki, hazırda xəstəxanada bir neçə ağır xəstə var və onların da həyatı təhlükədədir.
7GUN.AZ
|