5 yaşlı uşaqlar da gedişhaqqı ödəyəcək
Nəqliyyat Nazirliyi 5 yaşlı uşaqlardan gedişhaqqı alacaq. Bu barədə 7GUN.AZ xəbər portalına nazirlikdən məlumat verilib. Məlumatda bildirilir ki, əgər indiyədək 7 yaşınadək uşaqlar gediş haqqı ödəməkdən azad edilirdilərsə, bu aydan etibarən yaş həddi dəyişdirilərək 5 yaşa endirilib.
Bildirilir ki, yeni qaydaya görə, əgər 5 yaşdan yuxarı uşaq marşrut avtobuslara minəcəksə, mütləq gedişhaqqı ödəməlidir.
Nazirlikdən verilən məlumatda o da bildirilir ki, 5 yaşlı uşaqlar valideynlərinin qucağında, yaxud ayaq üstündə gedirsə, əlavə oturacaqdan istifadə etmədiyinə görə gediş haqqı ödəməkdən azaddır.
Nazirlik əməkdaşı bildirir ki, bu barədə dəyişikliyi əks etdirən məlumatlar marşrut xətləri üzrə xidmət göstərən bütün avtobuslara vurulacaq. Maraqlıdır, görəsən, sürücülər bu qaydalara əməl edəcəklərmi?
7GUN.AZ