Aqiyə Naxçıvanlı Misir Mərdanovu saymır

Şrift : |
Tarix :4-02-2013, 22:28
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 616 dəfə
Like :
Like :

    Çalışdığımız qədər müəyyən güzəştlərə getməklə, dövləti vəzifə tutanların adları hallalndırmaqdan yan ötmək istədik, “düzələr” , “düzələcək”, misallı nümunələrlə bu günü sabaha caladıq.

    Amma deyəsən bəzi məmurların, təhsil sahəsində çalışan deputat nişanlı şəxslərin adları tənqidi yazılarda hallandıqca bundan ləzzət alırlar. Hardasa islah olunmaq, səhvlərdən nəticə çıxartmaq əvəzinə əməllərinə yenilərini də əlavə edirlər. Təəssüflənirik fikirləşirrik bəlkə təhsil naziri Misir Mərdanovun həqiqətəndəolanlardan xəbəri yoxdur?!
    Həqiqətənmi, təhsil nazirinin, nazirliyin təsissçisi olduğu Azərbaycan Müəllimlər İnstitutunun xətti ilə həyata “keçirilənlərdən” rektor, millət vəkili Aqiyə Naxçıvanlının mütləq hakim şəxs rolunda çıxış etməsindən xəbəri yoxdur?Bunun qarşısını alacaq şəxs kimi ümidli gözlər Misir müəllim sizə dikilməyibmi? Həqiqətənmi, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının direktoru Orucəli müəllim Zaqatala filialına yeri dəyişdirilir nazirin xəbəri yoxdur?! Həqiqətənmi, təsisçisi olduğunuz Azərbaycan Müəllimlər İnstitutuna aidiyyətiniz yoxdur?! Bəlkə yadınızdan çıxartmısınız, ümumili lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanını?
    Mərhun Heydər Əliyevin bu fərmanında açıqca göstərilib ki, yerli filialların təsisçilik hüququ Təhsil nazirliyinə məxsusdur. Ədiliyyə nazirliyinə qeydiyyata alınmış nizamnamənin punktlarında bu açıqca göstərilib, hüquqi statusa malik dövlət təhsil müəssisəsi kimi 349 saylı prezident sərəncamı ilə Təhsil Nazirliyinə tabe edilib, Azərbaycan Müəllimlər İnstitutunun yerli filialları. Bəlkə buda yalandır cənab nazir? Yox! Elə isə necə ola bilir Mingəçevir filialının direktoru Zaqatalaya dəyişdirilir sizin xəbəriniz yoxdur? Və ya Şamaxı filialının keçmış direktoru təcrübəli təhsil işçisi işdən çıxarılır, amma onun yerini verə bilməyəcək başqası təyin olunur. Hər şey alver predmentinə çevrilir, pis bir formada təzahür edir. Suallar olunur indiyə qədər işdən çıxardılan filial direktorları, tcrübəli professorları, təhsil işçilərini kimlər əvəz edir? Axı siz də çox yaxşı bilirsiniz ki, cənab nazir dövrünə görə Hedər Əliyev Azərbaycan Müəllimlər İnstitutunun yerli filiallarını yaratmaqla bölgələrdə təhsilin inkişafını nəzərdə tutmuşdu. Həm də onu nəzərdə tutmuşdu ki, filiallara rəhbərlik edən şəxslər hərtərəfli nəzərə çarpan dərəcədə savadlı, intellektual şəxslər olsun. Bu hazırda belədirmi?
    Həmçinin fillialların nazirlik tərəfindən elmi şuraları yaradıldı. Elmi şura bütün problemləri həll edib qərar verən ali orqan deyildimi?! Elmi şuraların mahiyyəti nədən ibarət idi?! Bu ali seçkili orqanlar dekan, kafedra müdirlərini təyin etməməli idimi?! Bəli! Elə isə Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı niyə müstəqil qəraralar qəbul edir, filiallara direktor, direktor müavinlərini təyn edir, dekan, kafedra müdirləri üçün ülanıar verir, təhsilə bir baxışlı mövqe sərgiləyir. Nədir bu prosesdə onun məqsədi? Yox əksinədirsə elmi şuralar niyə yaradıldı? Sizdən soruşmazlarmı siz kimsiniz, sizin vəzifəniz harada tamamlanır, cənb nazir? Nədən Aqiyə xanımdan ehtiyyatlanırsınız? Bəlkə Ramiz Mehdiyevə arxalanır və yaxud onun adından istifadə edir, hələ də bu məsələni özünüz üçün dəqiqləçdirə bilmirsiniz? Bu səbəbdəndir ki, indi də elan verib dekan kafedra müdiri təyinatını Aqiyə xanım müstəqil həyata keçirdir, “zaçotka” tələbə bileti və.s məsələləri belə nəzarətində saxlayır. Bunun bir adı, səbəbi olmamış olmaz yəqin ki, cənab nazir?!
    Elmi şuraların isə hazırda bir qoz qabığı qədər fəaliyyəti qalmayıb. Diplomu verəndə, istənilən şəxsi, istənilən filiala təyin edib, işə götürəndə Aqiyə Naxçıvanlıdır. Nəticədə rektorun nədən Ramiz Mehdiyevə arxalanması belə aydın olur. Azərbaycan Müəllimlər İnstitutu deyiləndə Aqiyə- xanım – Aqiyə xanım səslənəndə Azərbaycan Müəllimlər İnstitutunun sahibinin kim olduğu müəyyənləşir. Yoxsa Aqiyə xanımın bir dövlət müəssəsinə rəhbərlik etməsi dövlət müəssəsini Məhdud Məsuliyyəti Cəmiyyətinə qarıışıq salıb üç möhürlə işləməsinə siz tərəfindən bir aydınlıq gətirilərdi. Dövlət sənəd və diplomlarını təsdiq etmək üçün ayrı, mal alıb satmaq üçün digər, təhsil nazirliyinə "MMC" əks olunan “peçatlardan” istifadə olunmazdı, qaranlıq maliyə sövdələşmələrində iştirakına görə Azərbaycan Müəllimlər İnstitutunun iştirakını nəzərdə tutan, “Mxqo” MMC, “Fərid X” MMC”, Satunun “MMC,”Neptun-İR” MMC, “MMC, “Alyans-2009”, Sprint LTD” MMC və.s adını qeyd etmədiyimiz onlarla əməliyyatlara hansı məqsədlə qol qoyulduğu aydınlşardı. Axırıncı doqquz ayda filiallara təyin olunan şəxslərdən alınan 150-200 min manatlarla vəsaitin gəzdirdiyi söz, söhbətlərə nöqtə qoyulardı.
    Soruşmazlamı Dövlət təhsil müəssisənin MMC-lə nə əlaqəsi. Bunu soruşub, nə baş verdiyini bilməzlərmi, cənab nazir? Bu məsələnidəmi ölkə prezidenti səsləndirməli sonra hərəkətə keçirməlidir. Elə deyilmi cənab nazir? Bütün bunlrdan bir daha görünürki, təhsil sistemində qanunsuzluq baş alıb gedir, hüquqa zidd hərəkətlər qanunun aliliyinə kölgə salır, şəxsi prinsiplərə üstünlük verir. Deməli bu fikirlərin önəmi günbəgün artır, bu isə yeni baxışlar, yanaşmalar tələb edir. Hazırda olmayan, savadsız kadrlar yerləşdirilir, buna isə göz yumulur, cənab nazir. Aqiyə Naxçıvanlı mütləq hakim şəxs rolunda çıxış edir, səhvlərə yol verir. Azərbaycan Müəllimlər İnstitutununda isə pulun gücü ilə hər şey satın alınır. Sanki, biz burjua cəmiyyətində, ədalətsiz qurluşda yaşayırıq kimi bir vəziyyətə yol açır. Nəticədə ali məqsədə xidmət edir ki, təhsilin inkişafı, pedaqoji kadrların yetişdirilməsi, gələcək illərə hesablanan naliyyətlər haqqında danışmağın biraz sonra heç bir önəmi olmayacaqdır. Elə deyilmi cənab nazi Misir Mərdanov?


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

Xəbər lenti

Salyanda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib FOTOLAR

Cəbhədə gərginlik: 8 hərbçimiz şəhid olub

"Corol" barda qanlı dava zamanı 18 yaşlı oğlan öldürülüb- Bakıda

Tanınmış müğənni vəfat etdi -VİDEO

Peşə Liseyində qanunsuzluq- Bərdədə

“Bakcell” in kredit fırıldaqları… -FOTO

Suvarma Sistemləri İdarəsində milyonluq müəmma Xaçmazda

Leyla Yunusun həbs səbəbləri haqda RƏSMİ MƏLUMAT

Namus üstündə baş verən ailə faciəsinin ilginc detalları -FOTO

Prezident Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Ermənilər Bakıya gəlir

Daha bir təyyarə yoxa çıxdı- 112 sərnişinlə

Jurnalistin şikayəti təmin olundu

Mikayıl Cabbarovdan yeni ƏMR

Təhsil Şöbəsi Nazirliyi aldadır – Ağdamda

Nazir yeni rusdilli sayt açır?! -FOTO

Hərbçiləri daşıyan maşın qəza törədib- Masallıda

“Onu nə üçün tutublar?!” - Novella Cəfəroğlu

Daha bir özəl klinika bağlanıb- Bakıda

Mehriban Əliyeva Qəbələyə məktub göndərdi- Foto

Lerik rayonundakı yanğınla bağlı- Açıqlama

Ağdaşda tibb məntəqələri xəstələrin başına uçur

Saatlıda zülüm ərşə dirənib

“Yusif müəllim keçmiş rektorun atasına rəhmət oxutdurur” -Elmar Vəliyev

"Xahiş edirəm bu işə bir çarə tapasınız” - Göyçay sakini prezidentə şikayət etdi

“Hardasan ey islam dünyası?!” BAŞ NAZİR

Eks nazir əməliyyat olunub

“Sübut edin ki, anam sağdır”- Prezidentin nəvəsi

Təqvim

«    Sentyabr 2014    »
BeÇaÇəCaŞəBa
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Bizi izləyin