 |
Şrift : |
|
 |
Tarix : | 6-10-2011, 11:38 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 501 dəfə |
Like : |
|
Like : |
|
|
Cəbhə xətti boyunca intensiv atışma gedib
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atışma olub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib ki, oktyabrın 5-də Ermənistan Silahlı Qüvvələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozub və intensiv atışmalar olub. Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin həmləsini dəf edib. Atışma zamanı Azərbaycan tərəfi də itki verib. Cəbhənin Tərtər və Tovuz rayonları istiqamətində ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun 2 əsgəri - 20 yaşlı Novruz Əliyev və müddətdən artıq xidmət edən hərbi qulluqçu 22 yaşlı Süleyman Əsgərov həlak olublar. Hərbi mənbələrdən bildirilib ki, ermənilərin itkisi daha çoxdur. (apa)
7GUN.AZ
|