 |
Şrift : |
|
 |
Tarix : | 6-10-2011, 16:58 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 760 dəfə |
Like : |
|
Like : |
|
|
Rayonun Boradigah qəsəbəsinin polis bölməsinin rəisi sakinlərə qan uddurur
Masallı rayonu bu gün Azərbaycanın bəlkə də ən problemli rayonlarından biridir. Sosial problemlərin həll edilməməsi bir tərəfdən, məmur özbaşınalığı da o biri tərəfdən rayon sakinlərini cana yığıb. Bu gün rayonun Boradigah qəsəbəsinin bir qisim sakini 7GUN.AZ-a şikayət məktubu ünvanlayıblar. Məktubda Boradigah qəsəbəsinin polis bölməsinin rəisi İlkin İsmayılovun qəsəbədə törətdiyi qanunsuz əməllərdən söz açılır. Belə ki, bir müddət əvvəl sakinlərdən birinin evindən külli miqdarda pul oğurlanıb. Bölmə rəisi həmin oğrunu tapmaq əvəzinə, qəsəbədə nə qədər cavan var, hamısını bölməyə çağıtdıraraq, hərəsindən 100-200 manat alıb buraxır. Pul verməyənləri də həbs edəcəyi ilə hədələyir. Hətta iş o yerə çatıb ki, İ.İsmayılov günü 10-15 manata işləyən fəhlələrə hədə-qorxu gələrək, pul alır. Sakinlərin sözlərinə görə, qəsəbədə narkomaniya baş alıb gedir, amma rəis heç bir tədbir görmək istəmir. Əksinə, rəisin işi-gücü zor gücünə camaatdan pul yığmaqdır. Artıq polis rəisinin qanunsuz əməllərinə dözməyən qəsəbə sakinləri bir neçə gün əvvəl bölmənin qarşısında aksiya keçiriblər. Belə görünür ki, Boradigah qəsəbəsində vəziyyət əhalinin aksiya keçirmək dərəcəsinə gəlib çatıb. Deyəsən, İlkin İsmayılov baş verənləri nəzərə almaq istəmir. Çünki belə olmasaydı, kiçik bir qəsəbədə belə böyük problemlər baş qaldırmazdı. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq. Yaxın vaxtlarda Boradigahda baş verən özbaşınalıqlarla bağlı geniş yazını sizlərə təqdim edəcəyik.
7GUN.AZ
|