Daha iki hərbi komissar hədəfə alındı

Şrift : |
Tarix :7-10-2011, 11:12
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 606 dəfə
Like :
Like :

    Feyzi Ağabəyovun isə həbs müddəti uzadıldı

    Antikorrupsiya tədbirləri çərçivəasində hədəfə alınan hərbi komissarların təftiş edilməsi davam edir. Bu prosesin iri ranqlı məmurlardan biri tərəfindən həyata keçirildiyi bildirilir. Bu gün etibarlı mənbələrdən 7GUN.AZ xəbər portalına daxil olan məlumatda bildirilir ki, Binəqədi rayon hərbi komissarı Feyzi Ağabəyov barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı Hərbi Məhkəməsinin qərarı ilə daha 2 ay müddətinə uzadılıb. Bildirilir ki, sabiq hərbi komissar barəsində Bakı Hərbi Məhkəməsinin qəbul etdiyi qərardan müdafiə tərəfi Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti təqdim edib.
    Mənbənin sözlərinə görə, hərbi komissar rüşvət alma, eləcə də hakimiyyətdən və qulluq mövqeyindən sui-istifadə etmə, hakimiyyət həddini aşma cinayətlərində ittiham olunur. Qeyd edək ki, Feyzi Ağabəyov cari ilin aprel ayında həbs olunub və o, əvvəllər Masallı rayonunda hərbi komissar vəzifəsini icra edib.
    Məlumatda o da bildirilir ki, Hərbi Prokurorluq tərəfindən komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan yayındırılması, saxta yollarla azad edilməsi, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən, qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması üzə çıxarılıb. Məhz bu faktlarla bağlı Bakı şəhərinin Binəqədi, Suraxanı rayon, Sumqayıt şəhər və respublikanın digər rayon hərbi komissarları barəsində CM-nin 311.1 (rüşvət alma (passiv rüşvətxorluq), 313 (vəzifə saxtakarlığı), 341.1 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə cinayət işləri başlanıb.
    Mənbə bildirir ki, hazırda Füzuli və Beyləqan rayon hərbi komissarlıqlarında da yoxlamalar və araşdırmalar aparılır. Sözügedən rayonların hərbi komissarları korrupsiya və rüşvətxorluqda günahlandırılır. Yazıda adı çəkilən şəxslər də öz mövqeyini bildirə bilərlər.

    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO