 |
Şrift : |
|
 |
Tarix : | 7-10-2011, 15:34 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 1072 dəfə |
Like : |
|
Like : |
|
|
İntensiv əsgər ölümləri naziri çətin vəziyyətə salıb
Son dövrlər Azərbaycan ordusunda dinc şəraitdə ölüm hallarının çoxalması Müdafiə Nazirliyində ciddi narahatlığa səbəb olub. Etibarlı mənbələrdən daxil olan məlumata görə, nazirlik ilk əvvəllər məsələyə bir o qədər əhəmiyyətli hal kimi baxmasa da, artıq bıçağın sümüyə dirəndiyinin fərqinə varıb. Mənbənin bildirdiyinə görə, döyüş şəraitində deyil, dinc vəziyyətdə baş verən ölüm hallarının araşdırılmasının nəticəsiz qalması, artıq nazir Səfər Əbiyevi də hərəkətə gətirməyə başlayıb. Mənbə bildirib ki, yaranmış vəziyyətdən rəqiblərinin də səmərəli istifadə etdiyini görən nazir yaxın günlərdə geniş kollegiya iclası keçirmək qərarına gəlib. Məlumatda deyilir ki, Müdafiə Nazirliyinin aparat işçiləri ilə yanaşı, korpus və briqada komandirlərinin də iştirak edəcəyi iclas gərgin keçəcək. Gərginliyə səbəb isə əsgər ölümlərinin qarşısının hələ də alınmaması və əksinə, bunun total şəkil almasıdır. Məlumatı verən qaynaq bildirir ki, həmin yığıncaqda Səfər Əbiyev generallarla vəziyyətdən çıxış yolu axtaracaq. Başqa şəkildə postunu qoruyub saxlaya bilməyəcəyinin fərqində olan nazirin çıxış yolu olmadığı da deyilir. Hətta mümkündür ki, müdafiə naziri durumu düzəltmək və cəmiyyətdəki etirazın qarşısını almaq və ya səngitmək üçün generalların bir neçəsinə töhmət də versin.
7GUN.AZ
|