 |
Şrift : |
|
 |
Tarix : | 7-10-2011, 18:49 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 871 dəfə |
Like : |
|
Like : |
|
|
Vasif Talıbov Muxtar Respublikada baş verə biləcək sosial partlayışlardan narahatdır
Ölkədə müxalifət fəallarının və islamçıların kütləvi həbsi siyasi durumun nə qədər ağır olduğundan xəbər verir. Ərəb ölkələrində baş verən siyasi hadisələrdən narahatlıq ifadə edən hakimiyyət ölkədə aksiyaların qarşısını almaq və kütləvi həbsləri həyata keçirməklə əslində, baş verə biləcək prosesləri əngəlləməyə çalışdı. Qeyd edək ki, təkcə paytaxtda deyil, bütün bölgələrdə də bu ssenari üzrə inzibati tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. 7GUN.AZ xəbər paortalına daxil olan məlumata görə, bu ssenari üzrə növbəti həbslər Naxçıvanda reallaşdırılacaq. Mənbə bildirir ki, Muxtar Respublikada (MR) baş verən son proseslər və paytaxtda ciddi müzakirəyə səbəb olan hadisələr Vasif Talıbovu narahat etməyə başlayıb. Ona görə də, Bakıda həyata keçirilmiş tədbirlər ən radikal formada Naxçıvanda həyata keçiriləcək. Çünki buradakı ziddiyyətli durum və mövcud üsul-idarə sosial partlayışların qaçılmaz olduğundan xəbər verir. Bu baxımdan Vasif Talıbov indidən ehtiyatı əldən vermək istəmir. Mövzunu diqqətdə saxlayacağıq.
7GUN.AZ
|