 |
Şrift : |
|
 |
Tarix : | 10-10-2011, 12:12 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 868 dəfə |
Like : |
|
Like : |
|
|
Millət vəkilini Ziya Məmmədovun oğlu ilə nə birləşdirir?
Hakimiyyət “İrəli” İctimai Birliyinə maliyyə dəstəyini kəsdikdən sonra təşkilatın sədri və millət vəkili Ceyhun Osmanlı Nəqliyyyat naziri Ziya Məmmədovun oğlu və “ZQAN Holdinq”in rəhbəri Anar Məmmədova sığınıb. Qeyd edək ki, bir neçə gün bundan öncə Anar Məmmədovun prezidenti olduğu “ZQAN Holdinq” Ceyhun Osmanlının rəhbərlik etdiyi “İrəli” İctimai Birliyinin təşəbbüsü ilə nəşr olunan “Azərbaycanı tanı” kitabına və "http://www.discoverazerbaijan.az" saytına sponsorluq edib. Bu barədə artıq mətbuatda da məlumat yayılıb. Bildirilir ki, tədbirdə çıxış edən Anar Məmmədov “ZQAN holdinq”in bundan sonra müntəzəm olaraq, gənclərə dəstək göstərəcəyini deyib. Artıq bu gün ictimaiyyəti maraqlandıran bir sual ortaya çıxıb: Ziya Məmmədovun oğlu Anar Məmmədovun aktiv ictimai-siyasi fəaliyyətə başlamasının səbəbi nədir? 7GUN.AZ-a daxil olan məlumatda bildirilir ki, Fövqəladə Hallar naziri Kəmalləddin Heydərovun oğlu, Avropa-Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərovun gənc yaşlarından aktiv ictimai fəaliyyətlə məşğul olması və ölkə başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif edilməsi Ziya Məmmədovu və oğlu Anar Məmmədovu belə bir addım atmağa sövq edib. Ölkə mətbuatında barəsində birmənalı fikir formalaşmadığı üçün bir neçə media orqanı ilə çəkişən Anar Məmmədov da əl-ayağa düşərək imic qazanmağa çalışır. Bu da Ceyhun Osmanlıya Anar Məmmədovla iş birliyi qurmaq şansı verib. Belə ki, məmur övladları arasında gedən rəqabətdən yarınmağa çalışan “İrəli” İctimai Birliyinin sədri də Anar Məmmədova dəstək göstərəcəyinə dair öhdəlik götürüb. O da bildirilir ki, Ceyhun Osmanlının yeni bir komandada təmsil olunması isə hakimiyyətdaxili narazılığa səbəb olub. Mənbə bildirir ki, təşkilatda təmsil olunan gənclərin də böyük bir hissəsi Ceyhun Osmanlıdan narazıdır. Bu da onun fəaliyyətinin uğursuzluğu və gənclər arasında ayrı-seçkilik etməsi, deputat seçildikdən sonra “İrəli”yə ciddi bir qurum kimi yanaşmamsından irəli gəlir. Məsələ ilə bağlı”İrəli” İctimai Birliyinin sədri və millət vəkili Ceyhun Osmanlı ilə əlaqə saxlamağa çalışsaq da, adəti üzrə telefonlara cavab vermədi. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
7GUN.AZ
|