Saatlıda komendant saatı elan olunub

Şrift : |
Tarix :10-10-2011, 15:18
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 2577 dəfə
Like :
Like :

    Siraqəddin Cabbarov sosial şəbəkələrə qadağa qoyub

    Saatlıda məmur özbaşınalığı izaholunmaz həddə çatıb. Rayonda polis rejimi və komendant saatı elan edən icra başçısı Siraqəddin Cabbarov və polis rəisi Cəbrayıl Vəliyev sosial şəbəkələrə də qadağa qoyublar. Bu barədə 7GUN.AZ xəbər portalına Saatlı rayonundan məlumat daxil olub. Məlumatda bildirilir ki, icra başçısı rayondakı problemlər barədə mediaya informasiya ötürməməyi tapşırıb. Bu səbəbdən rayonda fəaliyyət göstərən bir neçə internet klub sahibinə də xəbərdarlıq edilib ki, vəziyyəti nəzarətdə saxlasınlar. Qeyd edək ki, bir neçə gün bundan öncə 7GUN.AZ xəbər portalının Saatlı rayonu üzrə bölgə müxbirinin hədələnməsi də bu planın tərkib hissəsidir. Bildirilir ki, rayonda qanunsuzluq və özbaşınalıq günü-gündən artır. Bütün bu qanunsuzluqların, maxinasiyaların başında isə şəxsən icra başçısı Siraqəddin Cabbarov özü durur. Mənbə bildirir ki, icra başçı və ətrafındakılar sel daşqınları zamanı ayrılan yardımları mənimsədikləri üçün rayonda gərginlik yaşanır. Bu səbəbdən icra başçısı istənilən etiraza və şikayətə sərt münasibət bildirir.
    Qanunsuzluqların və ədalətsizliyin başında icra başçısının dayandığını iddia edən vətəndaşlar bildirirlər ki, mətbuatın və ictimaiyyət nümayəndələrinin etirazlarına baxmayaraq, Siraqəddin Cabbarov və ətrafı öz qanunsuz hərəkətlərinə son qoymaq niyyətindən əl çəkmək istəmirlər. Ona görə də Saatlıda narazılıqlar yeni etiraz aksiyalarının keçirilməsi həddinə çatıb. Onu da qeyd edək ki, bir müddət öncə burada narazılıqların etirazlara çevrilməsi məmurların sakinlərin, daha doğrusu, zərərçəkmişlərin hüquqlarını pozmasını bir daha göstərdi. Bunu Saatlıda yaşanan problemlər də sübut edir. Bir daha qeyd edək ki, Siraqəddin Cabbarovun apardığı ayrı-seçkilik fəaliyyətin nəticəsidir ki, burada vətəndaş-məmur qarşıdurması daha da kəskinləşir.
    Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO