Qəzənfər Ağayevdən şikayət var

Şrift : |
Tarix :11-10-2011, 14:08
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 1597 dəfə
Like :
Like :

    Masallı rayon sakinləri icra başçısını nədə günahlandırır?

    Masallı rayonun bir qrup sakini 7GUN.AZ xəbər portalına şikayət məktubu ünvanlayıb. Şikayətdə bildirilir ki, Qəzənfər Ağayev rayona icra başçısı təyin olunduqdan sonra Masallının problemləri daha da artıb. Məktubu olduğu kimi təqdim edirik:

    “Hörmətli redaksiya!
    Bir neçə ildir ki, Qəzənfər Ağayev Masallı rayonuna rəhbərlik edir. Bu illər ərzində rayonda sosial problemlər artıb. Tikinti işləri altında böyük pullar mənimsənilir. Ola bilər ki, dediklərimizə inanmayacaqsınız. Onda gəlib rayonda araşdırma aparın. İcra başçısı rayonu savadsız və azğın məmurlara tapşırıb. İcra nümayəndələrinin çoxu adicə bir arayışı düzgün yaza bilmir. Bələdiyyə sədrlərinin isə çoxu orta və ya orta ixtisas təhsilli şəxslərdir. Ötən il rayonun “Telekommunikasiya” qovşağında partlayış baş verdi. Məlum oldu ki, burada qızıl və platindən olan keçirici başlıqlar çıxarılaraq satılıb, qovşaq da yüksək gərginliyə tab gətirməyib. Bu qurumun rəhbəri Əmanət Əzizovun isə ali təhsili yoxdur. Ancaq buna baxmayaraq o, strateji əhəmiyyətə malik bir quruma rəhbərlik edirdi. Masallıda təkcə təhsil və səyiyyə şöbələrində ildə 100 min manat pul mənimsənilir. Bu şöbələrdə çalışanlar – müəllim və tibb işçiləri hər ay həmin şöbələrin həmkarlar təşkilatlarına azından 1 AZN köçürürlər. Masallıda 5000 mindən çox müəllim və tibb işçisi var. Bu rəqəm ildə 60 min manata çatır. Amma ildə 10 müəllim və həkimə yardım edilmir. Bu il Masallıda 3 müəllimə həmkarlar təşkilatı pul ayırıb. Bu da 50-60 manat civarındadır. Bəs bu 60 min manat pul hara gedir? Hətta müalicəyə gedən müəllimlərə 50 manatlıq putyovkalar 150-200 manata satılır. Hələ digər təşkilatlarda yığılan pulları da buraya qatsaq, görün nə boyda rəqəm alınacaq.
    Hörmətli redaksiya, bütün bunların arxasında şəxsən icra başısı Qəzənfər Ağayev dayanır. Bu adam heç kimdən və heç nədən çəkinmir. Hansısa qüvvələrə arxalanan Qəzənfər Ağayev rayonu fəlakətə sürükləyir, buna görə daşıdığı məsuliyyətin də fərqinə varmır. Əgər rayonda baş verənləri sadalasaq, onda gərək bütün günü Qəzənfər Ağayevin rayona vurduğu zərbələrdən danışaq.
    Masallıda rüşvətxorluq və məmur özbaşınalığı dözülməz bir səviyədədir. Elə bir təşkilat yoxdur ki, orada rüşvət almasınlar. Masallının rayonu Mərkəzi Xəstəxanasında pul verməyən xəstəni müalicə etmirlər. Dərmanlar pulla, həm də baha qiymətə satılır. Dövlət vərəm xəstələrinə pulsuz dərman ayırır. Vətəndaşlar onu pulla alırlar. Qəzənfər Ağayev isə şikayətlərə baxmır. Bu biabırçılıqlara nə vaxt son qoyulacaq?
    Yenicə çəkiləcək yollara görə ayrılan pullar da icra başçısı və məmurlar tərəfindən mənimsənilir. Əkin sahələrinə görə ayrılan subsidiyalar zamanı maxinasiyalara yol verilir. Torpağı istifadəsiz qalan və əkilməyənlərə kənd icra nümayəndələri saxta yolla pul yazırlar. Bu pulların 50 faizini isə razılaşdırılmış şəkildə özlərinə götürülər. Rayonda torpaq sahələri planlı şəkildə satılır. Bu gün rayonda heç kəs icra başçısından razı deyil, hamı onun vəzifəsindən uzaqlaşdırılmasını tələb edir. Sakinləri icra başçısının qanunsuz hərəkətləri, sahibkarları çökdürən addımları barədə dəfələrlə ölkə başçısına və aidiyyəti qurumlara az qala tonlarla şikayət məktubları ünvanlayıblar. Lakin sakinlərin şikayətlərinə baxmayaraq, Qəzənfər Ağayev hələ də layiq olduğu cəzanı almayıb.
    Hörmətli redaksiya, bundan sonra da sizə bir neçə məktub ünvanlayacağıq. Xahiş edirik ki, şikayət məktublarımızı saytınızda işıqlandırasınız”.

    Dərin hörmətlə: Masallı rayon sakinləri

    Redaksiyadan: Qarşı tərəfin də mövqeyini və burada səsləndirlən fikirlərə münasibətini dərc etməyə hazırıq.


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO