Əhməd Əhmədzadə Prezident Administrasiyasına çağırılıb

Şrift : |
Tarix :12-10-2011, 16:03
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 3612 dəfə
Like :
Like :

    Prezidentə edilən şikayətlər ASC rəhbərinin işini dolaşığa salıb


    Ötən il Kür çayının daşması nəticəsində baş verən təbii fəlakət Kürqırağı rayonlara böyük ziyan vurdu. Rayonların kənd təsərrüfatı və digər sahələri demək olar ki, sıradan çıxdı. Ən çox ziyan çəkən isə Sabirabad rayonu oldu.
    2010-cu ilin may ayında baş vermiş sel fəlakətindən sonra dövlət büdcəsindən dəymiş zərərin aradan qaldırılması üçün 300 milyon manat vəsait ayrıldı. Bu vəsait seldən zərər çəkmiş insanlara yardım məqsədi ilə ayrılmışdı. Lakin elə həmin müddətdə vətəndaşlar yardımlarını ala bilməməsi ilə əlaqədar şikayətlər etməyə başladılar. Həmin şikayətlər də birbaşa prezidentə gedib çıxdı. 7GUN.AZ-a etibarlı mənbələrdən verilən məlumata görə, artıq seldən ziyan çəkən sakinlər tərəfindən edilən bu şikayətlər yuxarı dairələrdə də ciddi narazılıq yaradıb. Bütün bu narazılıqların da əsl səbəbkarı kimi “Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə göstərilib.
    Mənbə vurğulayır ki, bu yaxınlarda Əhməd Əhmədzadə Prezident Administrasiyasına çağırılıb və ondan edilən şikayətlər barədə hesabat istənilib. Həmçinin, ondan 2010- cu ilin yazında baş vermiş Kür daşqınlarının nəticələrini aradan qaldırılması ilə bağlı ötən il iyul ayının 9-da Nazirlər Kabineti tərəfindən imzalanmış 197 saylı sərəncamın hesabatı tələb olunub. Məlumdur ki, həmin sərəncamda daşqınların vurduğu ziyanın aradan qaldırılması məqsədilə 300 milyon manat vəsait ayrılmışdı. Lakin həmin sərəncamın üstündən 1 il 6 aya yaxın vaxt keçməsinə baxmayaraq, görülən işlər nə yuxarı dairələri, nə də seldən əziyyət çəkən əhalini qane edir. Çünki aparılan işlərin hamısı yarımçıqdır. Kürqırağı ərazilərə bəndlərin vurulması prosesi hələ də başa çatdırılmayıb. Selin ziyan vurduğu ərazilərdə yaşayan əhalinin əksəriyyəti hələ də evsiz-eşiksiz qalıb. Onların bəzilərinə ətraf yerlərdə evlər tikilsə də, əksəriyyəti yenə uçuq evlərdə yaşamaq məcburiyyətində qalıb.
    7GUN.AZ-a məlumat verən mənbə həmçinin bildirib ki, seldən ziyan çəkən əhali arasında Avropa Məhkəməsinə də şikayət ediblər. Məhz bu kimi səbəblər ucbatından Əhməd Əhmədzadənin vəziyyəti bir qədər pisləşib. Prezident Administrasiyasında danlanan ASC rəhbəri əhali ilə hökumət arasında narazılıq yaratmaqda günahlandırılıb.
    Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
    Mövzunu diqqətdə saxlayacağıq.

    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO