“Azərbaycanda hazırda bir siyasi qüvvə - Əliyevlər siyasi birliyi var” - MÜSAHİBƏ

Şrift : |
Tarix :13-10-2011, 13:56
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 3387 dəfə
Like :
Like :

    Mahir Cavadov: “Bu faktı anlamaq ücün sadaladığınız “müxalifət” liderləri qədər də heç savadlı olmaq lazım deyildir”

    Xətai Rayonunun 1992-1994-cü illərdəki keçmiş prokuroru, XTPD-nin rəhbəri və DİN-nin keçmiş müavini mərhum Rövşən Cavadovun qardaşı, hazırda Avstriyada siyasi mühacir həyatı yaşayan Mahir Cavadovla Facebook vasitəsilə müsahibə aldıq. Onunla söhbətimiz əsasən Azərbaycanda baş verən siyasi proseslər, 2 aprel hadisəsində həbs olunanlara həbs cəzasının kəsilməsi və digər məsələlər ətrafında oldu.
    Mahir Cavadov hakimiyyətə və ölkədə fəaliyyət göstərən müxalifətə qarşı kəskin ittihamlar səsləndirdi.


    - Azərbaycandakı son siyasi proseslərə münasibətiniz necədir?

    - Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycanda hazırda bir siyasi qüvvə - Əliyevlər siyasi birliyi var.

    - Bəs ölkə müxalifətinin fəaliyyətini necə qiymətləndirirsiniz?

    - Nə qədər ki, bu birlik Azərbaycanda hakimiyyətdədir, kimsə özünü onlara açıq “müxalif” beyan edirsə: 1) əsasən yalançıdır – bu şəkildə özünün məişət problemlərinin həlli ilə məşğuldur. 2) ya dayaz düşüncəli insandır. 3) ya da ki, hakimiyyətin "MTN" -in təyin etdiyi casusudur.

    - Sözünüzdən belə çıxır ki, ölkədə özünü radikal müxalifət elan edən kəsim də hakimiyyətin “MTN” uşağıdır…

    (sualıma sualla cavab verir:)


    - Məncə Azərbaycanda radikal müxalifət yoxdur. Siz radikal müxalifət dedikdə, kimləri nəzərdə tutursunuz?

    - İctimai Palatada təmsil olunan Müsavat, AXCP, təmsil olunmayan KXCP və digərlərini. Axı bu partiyalar özlərini radikal hesab edirlər. Bəs, sizin fikrinizcə, radikal müxalifət necə olmalıdır?

    - Bütün dünyada (Azərbaycandan başqa) hər kəsi onun dediyi ilə yox, əməlləri ilə ölcürlər. Əgər bizdə o sadaladığınız müxalifətçilərlə bağlı istinad etdiyim, ümumən qəbul edilmiş o düsturla ölçsək, inkar edilməz bir faktı əldə edirik. Məlumdur ki, Müsavat, AXCP, KXCP, Ictimai Palatanın rəhbərləri bəyan edirlər ki, guya mitinqlərlə Əliyevlərin hakimiyyətdən getməsinə nail olacaqlar. Bu isə Əliyevlərin hakimiyyətdə olduğu Azərbaycanda mümkün deyildir, çünki əsasən mitinqlər hakimiyyətdə olanlara mənfi ictimai rəy bildirmək üçün bir vasitədir. Sübut tələb edilmir ki, Əliyevlərin Azərbaycandakı hakimiyyəti, ictimai rəyə əsaslanmır, ədalətsiz zalım polis-əsgər gücünə əsaslanır. Bu faktı anlamaq ücün sadaladığınız “müxalifət” liderləri qədər də heç savadlı olmaq lazım deyildir.

    - Bilirsiniz ki, 2 aprel mitinqində həbs olunan gənclərə və fəallara həbs cəzası verildi. Bəs, bununla bağlı fikriniz necədir?

    -Əlbəttə ki, mənim bu iradım 2 aprel və ümumiyyətlə, mitinqlərin siravi iştirakçılarına heç də aid deyildir, yəni mən onları qəhraman hesab edirəm. Bu cür vəziyyətdə, istər-istəməz mitinqlərin təşkili son nəticədə Əliyevlərə işləyir. Niyə? Çünki onlar bilirlər ki, mitiqlər nəticəsində hakimiyyətdən gedən deyillər və bu mitinqlər onlara imkan verir ki, xarici dövlətləri aldadıb, desinlər ki, biz “güclü müxalifət”lə siyasi raqabət nəticəsində Azərbaycanda hakimiyyətdəyik. Çünki əks halda, Əliyevlərin xarici dövlətlər qarşısındakı legitimliyi şübhə altında ola bilər.

    - Bəs ərəb inqilablarının Azərbaycanda davamını gətirmək mümkündürmü?

    - Bu inqilabları Azərbaycana gətirmək mümkün deyil. Azərbaycanda ancaq fərdi partizan müharibəsi mümkündür, İrlandiya Respublika Ordusu kimi. Bu cür müharibəyə qoşulan, gərək mətbuatda hakimiyyətə “Yaşasın” desin, ancaq realda isə onlara qarşı hərbi hərəkat etsin. Bu prinsiplə elə Əliyevlər Azərbaycana qarşı hərəkət edirlər! Axı ümumən məlumdur ki, hakimiyyət mətbuatda, ictimai yerlerdə “YAŞASIN AZƏRBAYCAN" deyirlər, ancaq realda isə Azərbaycanı məhv etməklə məşğuldurlar.

    - Sizcə, müharibə şəraitində olan Azərbaycana partizan müharibəsi lazımdırmı?

    - Azərbaycan müharibə şəraitində deyildir... Çünki Ermənistan istədiyi Qarabağımızı Heydər - İlham Əliyevlərlə imzaladığı 12.05.1994-cü il tarixli əbədi (bu sözü o sənədə rəsmən Əliyevlər elavə ediblər) atəşkəs müqaviləsinə əsasən alıbdır. Bütün dövlətlərin Cinayət Məcəllələrində “son həddə" hərəkət cinayət hesab edilmir... Bu nə deməkdir? Azərbaycan CM-də olmalıdır: yəni, az ziyanla, çox ziyanın qarşısını almaq! Rəsmi faktlara əsasən Azərbaycanın misalında, çox ziyan “Əliyevlərə qarşı partizan müharibəsi” deyildir, onların Azərbaycanda hakimiyyətdə qalmasıdır. Bütün etalon xalqlar bu yolu keçiblər deyə, etalon xalq hesab olunurlar, deməli Azərbaycan da keçməlidir...

    - Bu gün Azərbaycan müxalifəti tərkibində yeni birlik - Vətəndaş Hərəkatı Forumunun ortaya atdığı “altılıqlar” ideyası var. Artıq 6 partiya buna razılıq verib. Ancaq Müsavatla AXCP-nin buna bigənə yanaşması bu birliyi gercəkləşdirməyə qoymur. Ölkəmizin indiki durumunda bu lazımdırmı?

    -Nə qədər ki, Əliyevlər Bakıda hakimiyyətdədirlər, 6 yox, üzdə olan 600 partiya birləşsə belə, Azərbaycanda heç bir siyasi dəyişiklik olan deyil, yəni Əliyevlər hakimiyyətdən gedən deyillər. Yəni əgər Azərbaycanın daxilində bir nəfərin Əliyevləri həbs etməyə, təslim olmadıqda məhv etməyə cəsarəti çatmasa, 99% əhali belə meydana çıxıb onların istefasını tələb etsə belə, Əliyevlər hakimiyyətdən gedən deyillər.

    - Bəs sizin dırnaqarası baxdığınız “radikal müxalifət” indiki rejimi dəyişmək üçün nə etməlidir? Siz nə təklif edirsiniz?

    - Onlar heç nə edə bilməzlər. Ancaq bu faktı boyunlarına almaqla, hakimiyyətə siyasi təhlükə yarada bilərlər.

    - Sizin Azərbaycana qayıda bilməməyinizə ən böyük maneə nədir?

    - Əliyevlərin Azərbaycanda hakimiyyətdə olmaları. Onlar dövlətimizin imkanlarından sui-istifadə etsələr də, məni xaricdə həbs etdirə bilmirlər, çünki mən məhkəmələrdə sübut etmişəm ki, onların məni ittiham etdikləri cinayətlərin hamısını mənim adımdan özləri törədiblər. Ancaq onlar inzibati qaydada mənə verilən pasportda yazdırıblar ki, mən nəinki Azərbaycana, o cümlədən bütün MDB ölkələrinə, Türkiyəyə və İrana gedə bilmərəm. Dünyada yeganə mühacirəm ki, onun vətənində hakimiyyətdə olan, ona bu qədər qadağan qoydurmağı özü üçün çox mühüm bilmişdir. Hətta məni bəzi ölkələrdə “persona non-qrata” bəyan etdiriblər. Bu faktla Qazaxıstan jurnalisti Madina İskakovanın arayışında tanış olmaq olar. Əliyevlərin mənim adımdan cinayətlər törətmələrinin bir səbəbi də odur ki, mənimlə qanun çərçivəsində rəqabət apara bilmirlər. Yəni mütləq mənə uduzacaqlar.

    Rövşən Ziya


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO