Hüquq müdafiəçisini ölümlə hədələyirlər -ŞOK

Şrift : |
Tarix :14-10-2011, 12:25
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 745 dəfə
Like :
Like :

    Ucarda “Kurtlar Vadisi” özbaşınalığı davam edir


    Ucarda hələ də fəaliyyətdə olan “Kurtlar Vadisi” adlı mütəşəkkil cinayətkar dəstə öz iyrənc əməllərini həyata keçirir. Dəstənin polislə əlbir törətdiyi cinayət əməlləri barədə ölkə mətbuatında kifayət qədər fakt və maddi sübutlara əsaslanan materiallar dərc olunub. Yayımlanan materiallardan sonra polis daha da aqresivləşib. Cinayətlər barədə açıqlamalar verərək onları ifşa edən hüquq müdafiəçisi Taleh Xasməmmədovu nişana alıblar. Ucar rayon polis şöbəsinin rəis müavini İlham Əhmədov və baş müstəntiq Nazim Əhmədov himayə etdikləri “Kurtlar Vadisinin” “üzəduranları” ilə növbəti iyrənc planı hüquq müdafiəçisi Taleh Xasməmmədova qarşı hazırlayırlar. Etibarlı mənbənin verdiyi məlumata görə dəstənin “Polad Alemdarı” olan Şakir Ələkbərov və onun “Mematisi” Elçin Əliyev artıq iyrənc planı icra etməyə başlayıblar.
    Artıq 2 ay müddətdir yoxa çıxan rəis müavini İlham Əhmədov yenidən polis şöbəsinə qayıdıb. Xasməmmədova qarşı hazırlanan plana şəxsən özü rəhbərlik edir. Qeyd edək ki, Ucar rayonunda belə bir şayə yayılıb ki, guya İlham Əhmədov 2 ay müddətdə ölkədən xaricdə olub.
    Günahsız yerə şərlənərək həbs olunan rayon sakini Fuad Hüseynovun məhkəməsində yalançı zərərçəkmiş şəxs Cəfərov Akif, şahidlər Mürsəlov Vidadi, taksi sürücüsü Ramilə təzyiq edərək ifadələrini dəyişmək və bunları Xasməmmədovun təzyiqləri nəticəsində etdiklərini boyunlarına qoymağa çalışırlar. Artıq bütün bunları Fuadın Apellyasiya Məhkəməsinə qədər bitirməyi planlaşdırıblar.
    Xasməmmədovun sözlərinə görə bir müddət əvvəl ucar rayon polis şöbəsində ona cinayətkar dəstənin fəal “üzəduranı” və “Memati”si Əliyev Elçin tərəfindən daxil olmuş ərizə ilə cinayət işi açılıb: “Polis şöbəsinin Həbib adlı əməkdaşı mənim mobil telefonuma zəng edərək məni şöbəyə dəvət etdi. Maraqlananda isə bildirdi ki, səndən Əliyev Elçin tərəfindən şikayət ərizəsi daxil olub. Bundan başqa guya ki, mən kimlərəsə xəsarət yetirmişəm. Polis şöbəsinə getdim. Heç kimi tapa bilmədim. Səhəri günü təhqiqat rəisi Salahov Şükür mənə zəng edərək həmin işin rədd edildiyini dedi. ”
    Hüquq Müdafiəçisinin sözlərinə görə adıçəkilən Əliyev Elçininin cinayətkar olduğunu etiraf etdiyi və Azərbaycan hökumətini nalayiq söyüşlərlə təhqir etdiyi telefon danığını Ucar rayon polis şöbəsinin Səbuhi adlı rəis müavininə və təhqiqat rəisi Şükür Salahova təqdim edib: “Lakin cinayətkar hələ də polislə əlbir olaraq mənə qarşı sui-qəsd hazırlayır. Həyatımla bağlı hər hansı təhlükə baş verərsə İlham Əhmədov məsuliyyət daşıyacaq”.
    Qeyd edək ki, bir müddət əvvəl hüquq müdafiəçisi Taleh Xasməmmədov Ucarda baş verən olaylarla bağlı ölkə prezidenti İlham Əliyevə və güc strukturlarının rəhbərlərinə mətbuat vasitəsilə müraciət edib.

    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO