 |
Şrift : |
|
 |
Tarix : | 14-10-2011, 15:16 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 926 dəfə |
Like : |
|
Like : |
|
|
Misir Mərdanovdan başqa 65 yaşla ciddi mübarizə aparan nazir hələlik gözə dəymir?
Ölkədə 65 yaşı tamam olan və dövlət qurumlarında çalışan insanların təqaüdə göndərilməsi məsələsi gündəmdədir. Daha doğrusu bu qanundan irəli gələn məsələdir. Amma nədənsə, bu işlə Təhsil Nazirliyindən başqa, heç bir nazirlik ciddi məşğul olmur. Mətbuata verilən informasiyalara diqqət etsək bu işin ancaq Misir Mərdanov tərəfindən aparıldığının şahidi olarıq. Nə baş verir? Hökümət idarələrində çalışan və yaşı 65 olan şəxslər hamsı təhsil sistemində çalışır, yoxsa, digər qurumların rəhbərləri üçün bu qanun sayılmır? Onlar niyə bu işdə maraqlı deyillər? Daxili İşlər Nazirliyində 70 yaşlı polis rəisləri, onların müavinləri və digərləri var. Bəs, onlar niyə çıxarılmır? Və yaxud, əgər çıxarılırsa, niyə mətbuata açıqlanmır. Və yaxud, Xarici İşlər Nazirliyində az qala yazı 90-na çatan idarə və şöbə müdirləri var. Onların işdən çıxarılaraq gənclərlə əvəzlənməsi nə vaxt baş tutacaq? Bizimxeber.com-un əldə etdiyi məlumata görə, nazirliklərdə illər uzunu çalışan və indi yaşları 65-i keçən şəxslər zaman-zaman gənclərin nazirlikdə çalışmasına qarşı çıxıblar. Açıq şəkildə gəncləri bacarıqsız və fəaliyyətsiz hesab ediblər. Bir sözlə, gənc kadrların hazırlanması ilə bağlı heç bir nazirlik ciddi plan hazırlamayıb. İndi isə bəzi nazirlər yaşı 65 olan işçiləri çıxararaq onların işini apara bilən kimsəni tapa bilmirlər. Elə bu səbəbdən də onların işdən uzaqlaşdırılması problemə çevirilib. Daha doğrusu, nazirlər uzun illər çalışan bu işçiləri itirməkdən ona görə qorxurlar ki, nazirliklərin işi iflic ola bilər. Amma bu əsas vermir ki, yaşlı adamlar hələ də işləsin və nəticədə qanunun tələbləri pozulsun. Gənclərə üstünlük vermək və idərəetmədəki canlı qüvvəni təzələmək Azərbaycan üçün uğurlu bir addım ola bilər. Nədənsə nazirlər hələ də susur və öz istəklərini reallaşdırıb qanunu pozurlar. (bizimxeber.com)
7GUN.AZ
|