Müharibəyə hazırıqmı? - ANALİZ

Şrift : |
Tarix :16-10-2011, 20:25
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 1272 dəfə
Like :
Like :

    Azərbaycan əsgəri heç də Kosovoda, Əfqanıstanda, İraqda sülhməramlı missiya yerinə yetirmək üçün deyil

    Azərbaycanın müharibə şəraitində olduğunu isbatlamağa ehtiyac yoxdur. Bu şəraitin nə qədər təhlükəli, ağır olduğunu bilmək üçün son 100 ilin tarixinə nəzər salmaq kifayətdir. Üstəlik onu da bilirik ki, müharibə vəziyyətində olan hər hansı bir dövlətdən nəsə qoparmaq istəyən qüvvələr hər zaman saat kimi ayıqdırlar. Və fürsət tapan kimi həmin ölkənin üzərinə yeriməyə hazırdırlar. Bu gün Azərbaycan da həmin situasiyanı yaşayır. Xaricdə nə qədər güclü təzyiqlərlə qarşılaşırsa, daxildə də həmin vəziyyətlə üz-üzə gəlir. Elə bu fonda da zaman-zaman Azərbaycanın üzərinə yeriyən qüvvələr olub və bundan sonra da olacaq. Lakin yerüstü və yeraltı sərvətlərin bolluğu, düzgün siyasət hələ də ölkəmizi hər bir düşmənlərdən qoruya bilir. Diqqət etsək görərik ki, Azərbaycanın üzərinə təzyiq edənlər heç də böyük və ya başqa dillə desək, supergüclər olmayıblar. Elə bu əsnada ölkəmiz bərabərində, bəlkə də bizdən də zəif həmin dövlətlər kimlərəsə arxalanaraq, hətta iqtisadiyyatı bütünlüklə Azərbaycandan asılı olsa belə, “Azərbaycan əsgəri Qarabağı almaq iqtidarında deyil” deyənlər də var. Lakin bunun cavabı ötən il Mübariz İbrahimov tərəfindən verildi. Sübut olundu ki, Azərbaycan əsgəri heç də Kosovoda, Əfqanıstanda, İraqda sülhməramlı missiya yerinə yetirmək üçün deyil. Bu ordu istənilən an üzərinə düşən vəzifəni yerinə yetirməyə qadirdir.
    Tam fərqli bir hal... Türkiyə ilə Azərbaycan qardaş dövlətlərdir. Dilimiz, dinimiz bir olan dövlətlərik. Amma bu gün Türkiyə milli ideologiya baxımından bizi üstələyib. Baxmayaraq ki, bizim bu ideologiyaya daha çox ehtiyacımız var. Həmişə müharibə şəraitində yaşayan dövlətlərdə vətənpərvərlik hissi güclü olub. Türkiyə bu gün beynəlxalq güclərin dəstəklədiyi PKK adlı terror təşkilatı ilə 30 ildən çoxdur ki, mübarizə aparır.
    Bu ölkə demək olar ki, terrorla mübarizədə hər gün şəhid verir. Belə demək mümkünsə, Türkiyə cəmiyyəti əsgərinin şəhid olmasına öyrənib. Amma heç bir şəhid valideyini, yaxını əsgərin cənazəsini qapısına gətirən zabitə, “Dövlət mənim oğlumu niyə öldürdü?”, “Mən dövlətə sağlam oğul vermişdin o isə mənə onun cəsədini verdi” demirlər. “Təki vətən sağ olsun” bu insanların sanki devizinə çevrilib.
    YYuxarıda Azərbaycanın müharibə vəziyyətində olduğunu qeyd etmişdim. Bu gün səngərdə işğalçı Ermənistan ordusu ilə üz-üzə minlərlə oğul dayanıb. Hər gün də atəşkəs pozulması halları baş verir. Aktiv hərbi əməliyyatlar getməsə belə, hər halda düşmən hər gün atəşkəsi pozur. Belə olan halda da Azərbaycan əsgərinin şəhid olması normal haldır. Amma bununla yanaşı onu da qeyd etmək lazımdır ki, bu gün orduda qeyri-döyüş itkiləri də artır. Bütün ordularda belə problemlər var və həmişə də olacaq.
    Hətta ABŞ kimi güclü orduya malik olan ölkədə bir əsgərin hərbi hissədə onlarla hərbçini qətlə yetirməsi hamıya məlumdur. Heç bir ordu qəzalardan, intiharlardan xəstəliklərdən sığortalanmayıb. Azərbaycan da istisna deyil. Düzdür, orduda çatışmazlıqlar var. Komandirlərin məsuliyyətsizliyi ucbatından bədbəxt hadisələr baş verir. Amma bu heç kimə əsas vermir ki, Azərbaycan ordusunu zəif, psixoloji cəhətdən hazırlıqsız hesab etsin. Bunun günahının kimdə olması, kimlərin məsuliyyət daşıması aydın məsələdir. Amma çox nadir hallarda baş verən hadisədir ki, övladı şəhid olan valideyin, “Oğlum vətən uğrunda şəhid oldu”, “Vətən sağ olsun” kəlməsini desin. Əksinə, onu şəhid edən düşmənə nifrət etmək əvəzinə, dövlətə acıqlanır.
    Bunun da əsl səbəbi ölkədə hələ də vətənpərvərlik təbliğatının düzgün qurulmamasıdır. Orta məktəb şagirdi şou-biznesin bütün nümayəndələrini tanıyır, amma işğal olunmuş rayonların adlarını düzgün deyə bilmir.
    Vətənpərvərliyin məktəbdən başladığını nəzərə alsaq, bu gün müharibə şəraitində olan bir ölkənin vəziyyətini anlamaq elə də çətin deyil. Deməli, əgər sabah Azərbaycan cəmiyyəti müharibəyə hazırlaşırsa, işğal olunmuş torpaqlarını qaytarmaq istəyirsə, birinci növbədə xalqın milli ruhunu özünə qaytarmalıdır. Bu təbliğat elə bir formada aparılmalıdır ki, müharibə elan olunan gün hamı bir nəfər kimi Müdafiə Nazirliyinin qarşısına gəlib düşmənin üstünə getmək üçün silah tələb etsin…
    Bu gün ölkədə sosila-iqtisadi rihaf elə də yaxşı vəziyyətdə deyil. Vətəndaşla hakimiyyət arasında körpü rolunu oynamalı olan məmurlar bütün körpüləri yandırıblar. Ölkədə rüşvət də korrupsiya hallarının olmsı və son aylar buna qarşı açıq mübarizənin başlanması faktlarını qeyd etməmək mümkün deyil. Bunu hətta ölkə başçısı da təsdiqləyir, aparılan mübarizəni dəstəkləyir. Pis, yaxşı buna qarşı mübarizə aparılır. Bunun nə cür effekt verəcəyini isə gələcək göstərər.
    Hamıya məlumdur ki, Azərbaycanın öz torpaqlarını hərb yolu ilə almağa kifayət qədər gücü var. Amma bəzi qüvvələr ölkəni bu yoldan çəkindirməyə, lazımsız sülh danışıqlarını davam etdirməyə təzyiq göstərirlər. Hər halda bu dövlət bizimdir. Kimliyindən asılı olmayaraq, hər bir vətəndaş bu dövləti, vətəni qorumalıdır. Hərçənd, bu gün Azərbaycanda vətənpərvərlik ailə, qohum-əqrəba çərçivəsindən çıxmır. Bu çərçivədən çıxmaq isə bizim öhdəmizə düşür.

    İlkin Hüseynli


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO