 |
Şrift : |
|
 |
Tarix : | 17-10-2011, 16:51 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 3310 dəfə |
Like : |
|
Like : |
|
|
Gəncənin icra başçısı Elmar Vəliyev məscidə yeni qadağalar qoyub.
7GÜN.AZ portalının verdiyi məlumata görə, bu haqda Gəncə sakinləri məlumat verib. Onlar bildiriblər ki, Gəncədə E.Vəliyevin tapşırıgı ilə Namaz vaxtları (xüsusən də Cümə günləri) məscidlərin qarşısına polislər və müəllimlər qoyulur. Onlar orta məktəb şagirdlərini məscidə buraxmır. Müəllimlər bura gələn şagirdləri, dövlət idarə və müəssisə işçilərini və eləcədə müəllimləri qeydiyyata alırlar. Şagirdlərin valideyinlərinə övladlarının Məscidə qoymamaqlarını, müəllim və idarə işçilərinə məscidə getməməklərini tapşırırlar. Gəncəlilər E.Vəliyevin Gəncəyə icra başçısı təyin edilməmişdən öncə belə problemlərlə üzləşmədiklərini söyləyirlər. Onların dediklərinə görə E.Vəliyev Gəncəyə icra başçisi təyin edildikdən sonra bir neçə gecə diskotekalar açılıb, dindarlara isə təzyiqlər gücləndirilib.
7GÜN.AZ
|