Bu gün Vidadi İsgəndərlinin məhkəməsidir

Şrift : |
Tarix :18-10-2011, 10:54
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 318 dəfə
Like :
Like :

    Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları V.İsgəndərlinin siyasi baxışlarına görə həbs edildiyini bəyan edərək onun azadlığa buraxılmasını tələb edir

    Bu gün saat 12:00-də Şəki Şəhər Apelyasiya Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi, İctimai Palatanın üzvü Vidadi İsgəndərlinin şikayətinə baxılacaq. Bu barədə musavat.com-a Vidadi İsgəndərlinin Hüquqlarını Müdafiə Komitəsinin sədri Oqtay İsgəndərli məlumat verib. Apelyasiya şikayətinə hakim Qədəm Babayevin sədrliyi ilə baxılacaq.
    Xatırladaq ki, V.İsgəndərli İctimai Palatanın 2 aprel mitinqinə görə 8 sutka, 17 aprel mitinqinə görə isə 15 sutka azadlıqdan məhrum edilmişdi. Mayın 2-də ona verilən 15 sutka həbs cəzasının müddəti bitəndə ona qarşı ittiham irəli sürülüb və barəsində Cinayət Məcəlləsinin 159.4.1 və 160.2.1-ci maddələri ilə cinayət işi başlanılıb. Həmin gün V.İsgəndərli barədə məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilimişdi. Sonradan ona qarşı 132-ci maddə ilə də cinayət işi başlanıb. Avqustun 27-də Göyçay Rayon Məhkəməsində hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə V.İsgəndərliyə hökm oxunub. O, 3 il azadlıqdan məhrum edilib. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları V.İsgəndərlinin siyasi baxışlarına görə həbs edildiyini bəyan edərək onun azadlığa buraxılmasını tələb edir. V.İsgəndərli və onun vəkilləri Göyçay Rayon Məhkəməsinin hökmünü siyasi sifarişlə çıxarıldığı üçün ədalətli saymayaraq hökmdən apelyasiya şikayəti verib. Qeyd edək ki, V.İsgəndərlinin vəkili Xalıq Bağırov Vəkillər Kollegiyasının qərarı ilə vəkillik fəaliyyətindən bir il müddətinə məhrum edilib.
    musavat.com


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO