Qaz idarəsinin müdiri xəbər portalının rəhbərindən rüşvət istəyib

Şrift : |
Tarix :18-10-2011, 14:24
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 1298 dəfə
Like :
Like :

    “O, məndən 500 manat rüşvət tələb etdi”

    Nəsimi rayon Qaz İstismar İdarəsində özbaşınalıq və qanunsuzluq hökm sürür. Əhaliyə divan tutan idarə işçiləri heç bir xəbərdarlıq etmədən gah vətəndaşları qanunsuz yerə cərimələyir, gah da qaz xətlərini kəsirlər. Qeyd olunan sahədə baş verən özbaşınalıq və hərc-mərclik artıq bu gün Nəsimi rayonunda ciddi narazılıq doğurub. Belə ki, qaz idarəsinin əməkdaşları Nəsimi rayon Hüseynbala Əliyev 9 ünvanında yerləşən obyekt və mənzillərdə heç bir xəbərdarlıq etmədən qaz xətlərini kəsiblər. Belə bir problemlə 24saat.az saytının və “Politpress” qəzetinin rəhbəri Sudef Məcidov qarşılaşıb.
    Bu barədə 7GUN.AZ xəbər portalına Sudef Məcidov özü məlumat verib. Hətta Qaz İdarəsinin rəisi sözügedən media orqanlarının rəhbərindən 500 manat rüşvət tələb edib: “Problem yarananda idarənin rəisi ilə danışdım. O, məndən 500 manat rüşvət tələb etdi. Pulu ödəcəyim təqdirdə qaz xəttini kəsməyəcəyini dedi. Mən ona 24saat.az xəbər portalının və “Politpress” qəzetinin rəhbəri olduğunu dedim. Bundan sonra rəis bildirdi ki, qaz xətti kəsiləcək. Ya pulu ödəyin, ya da dediyimiz məbləğlə razılaşın. Biz media nümayəndəsi olduğumuzu yenidın xatırlatdıq. Bu zaman rəis qısa bir cavab verdi ki, gedin, əlinizdən nə gəlirsə, edin”.
    Sudef Məcidov bildirir ki, əslində bildirişdə borcun ödənməsinə görə abunəçiyə 3 gün vaxt verilir. Bunların isə məqsədi sadəcə abunəçinin üzərinə getmək, onu bir az da olsa qorxutmaq və ondan göstərilən məbləği qoparmaqdır.
    Nəsimi rayonu Hüseynbala Əliyev 9-da yaşayan şikayətçilər bildirirlər ki, rayonun Qaz İdarəsi dəfələrlə bu cür qanunsuzluqlara yol verib. Hətta yeni sayğaclaşma prosesi zamanı abunəçilərdən əlavə pullar qoparıb.
    Sakinlər Neft Şirkətinin prezidenti Rövnəq Abdullayeva müraciət edərək bildirirlər ki, bu qanunsuzluğa görə müvafiq tədbirlər görülsün. Məsələyə sözügedən media orqanlarının əməkdaşları da etiraz edir, problemin bu yolla həll olunmasını düzgün saymırlar. Onlar bildirilər ki, bu gün ölkənin müstəqilliyinin 20-ci il dönümü qeyd olunur. Amma Nəsimi rayonunda bir qrup sakin qazsız qalıb. Belə çıxır ki, “Azəriqaz” ASC bu addımı atmaqla xalqın bayramını özünəməxsus tərzdə təbrik edib. Bunun başqa bir adı yoxdur.

    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO