Müəllimlər İnstitunun Qazax filialında İsa Veyisov problemi

Şrift : |
Tarix :19-10-2011, 11:52
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 747 dəfə
Like :
Like :

    Şikayətçilər filial direktorunun oğlunun polis işçisi olmasından qorxurlar

    Ötən gün bir qrup Qazax sakini media orqanlarına müraciət edərək, rayonda fəaliyyət göstərən Qazax Müəllimlər İnstitutundan şikayət ediblər. Şikayətçilər bildirilər ki, sözügedən təhsil ocağı bazar qanunları idarə olunur.
    İsa Veyisovun direktoru olduğu məktəbdə hər şeyin bazar prinsipi ilə idarə olunduğunu deyən şikayətçilər baş verənlərdən belə bəhs edirlər: “Qazax Müəllimlər İnstitutuna qəbul olmaq üçün savadlı yox, pulunun olması lazımdır. Elə buna görədir ki, test və ya digər qəbul qaydaları kənara qalır və institutun rəhbərliyi öz qaydaları ilə uşaqları məktəbə qəbul etdirir. Bunun nəticəsi olaraq qəbul olanlar isə evlərində oxuyurlar. Təbii ki, bütün bunların bəlli qiymətləri var və alınan pullar da rəhbərlik tərəfindən bölüşdürülür».
    Şikayətçilər yazırlar ki, əksəriyyəti aşağı bal topladığı halda oxumaq üçün Qazax Müəllimlər İnstitutuna üz tuturlar. Bu səbəbdən də savadsız kadrların yetişməsi baş verir və el arasında da belələrinə ya «kooperativ», ya da «düzəldilmiş» deyirlər. «İnstituta qəbul olandan sonra savadı ilə imtahan verə bilən tələbələrin sayı barmaqla sayılacaq qədərdir. Ancaq təəssülər olsun ki, bu təhsil ocağını bitirə bilməyən bir tələbə belə yoxdur».
    Ancaq qazaxlıların əsas dərdi həmin məktəbi bitirərək, sonda rayondakı kənd məktəblərində işləməsidir. Onlar deyirlər ki, savadı aşağı olan və faktiki olaraq normal təhsil almamış bu şəxslərin orta məktəblərdə dərs deməsi faciədir. «Narazılığa səbəb də elə budur. Çünki institutdan məzun olmuş savadsız «müəllimlər» övladlarını savad üçün məktəbə göndərən valideynləri ümidsizliyə düçar edirlər. Öz kəndinin savdlısı və savadsızını tanıyan insanlar onlara uşaqlarını etibar edərkən, övladlarının gələcəyinin sual altında olduğunun fərqinə varırlar. Bəla da burasıdır ki, Qazax Müəllimlər İnstitutunu bitirənlərə o dəqiqə iş verildiyi halda, ixtisaslı kadrlar bir kənarda qalır».
    Şikayətçilər bildirirlər ki, Qazax Müəllimlər İnstitutunu bitirənlərlə bağlı bir sıra faktlara da malik olduqlarını deyirlər. Məsələn, onlar bildirirlər ki, sözügedən institutun metodika ixtisasını bitirən olan məzunlar kəndlərdə bədən tərbiyəsi fənnindən dərs keçirlər. «Ancaq İdman Akademiyasının güləş, boks, atletika və digər ixtisaslarını bitirmiş gənclər isə iş tapa bilmirlər».
    Məsələ ilə bağlı indiyə qədər Qazax rayonunda dəfələrlə müzakirələr olsa da, yekunda problem həllini tapmayıb. Şikayətçilər deyirlər ki, bunun konkret səbəbi var. «Rayon ziyalılarının bu məsələ ilə bağlı dərindən etirazlarını bildirməməsinin əsas səbəbi Qazax Müəllimlər İnstitutunun direktoru İsa Veyisovun oğlunun rayon polisində yüksək rütbəli zabit olmasıdır. Etiraz etmək istəyənlər düşünürlər ki, bu zaman onları polisə aparıb, incidə bilərlər. Elə buna görə də, nə danışırlar, nə də yüksək səviyyədə şikayətçi ola bilirlər. Ancaq vəziyyətin bu şəkildə davam etməsi də mümkün deyil və təcili tədbirlərin görülməsi lazımdır».

    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO