 |
Şrift : |
|
 |
Tarix : | 25-10-2011, 12:13 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 1585 dəfə |
Like : |
|
Like : |
|
|
“Kamran Rzazadə mənə dedi ki, niyə rayonu səsə salırsan?”
Gədəbəyin icra başçısı Kamran Rzazadə Elminaz Sarıyevanı həbs etdirmək istəyir. Bu səbəbdən vətəndaş yaşadığı evdən didərgin düşərək paytaxtdakı qohumlarına sığınıb: “Məni evimdən didərgin salıblar. Bakıda qohumlarımın yanında qalıram. Barəmdə həbs-qətimkan tədbiri seçilib. Rayona dönən kimi məni həbs edəcəklər”. Bunu 7GUN.AZ xəbər portalına müraciət edən Gədəbəy rayon Qumlu kənd sakini Elminaz Sarıyeva deyib. Uzun müddət rayon Elektrik Şəbəkəsində mühəndis vəzifəsində çalışdığını deyən vətəndaş bildirir ki, onu vəzifəsindən azad ediblər: “Ali təhsilli qadınam. Uzun illər rayon İşıq idarəsində “injiner” işləmişəm. Məni idarədə gedən ixtisar adıyla işdən çıxardılar. Hazırda heç bir yerdə işləmirəm. Ünvanlı sosial yardım da vermədilər. Bir neçə dəfə icra başçısı Kamran Razazadənin yanında olmuşam. Ancaq icra başçısı məmurlarla birləşərək məni həbs etdirmək istəyir”. E.Sarıyevanın sözlərinə görə, onun işi hazırda Gədəbəy rayon Polis İdarəsində araşdırılır. Hətta o, istintaqı aparan müstəntiqdən razı qalmadığını ifadə edərək imtina ərizəsi yazıb. Ancaq onun bu tələbi yerinə yetirilməyib. İcra başçısı Kamran Rzazadənin qərəzli mövqeyinə etiraz edən vətəndaş bildirir ki, məsələ ilə bağlı Baş Prokurora vəsatət yazıb: “Bir neçə dəfə Baş Prokurorun qəbulunda, bir dəfə daxili işlər nazirinin qəbulunda olmuşam. Heç bir tədbir görülməyib. Hətta iş o yerə çatdı ki, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun evinin qarşısında bir neçə gün dayandım, tələbimi səsləndirdim. Ancaq ünvanlı sosial yardımı ala bilmədim. Baxmayaraq ki, məhkəmə bütün sənədlərimin düzgün olduğu barədə qərar çıxarmışdı. Rayonda barəmdə cinayət işi açılıb: “Prokuror bilə-bilə ki, mən oktyabrın 30-da Gədəbəydən çıxıb Bakıya gəlmişəm, ittiham aktında yazıb ki, mən oktyabrın 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli bölməsinin əməkdaşı Ziyad Cəlilovu döymüşəm. Guya orada 8 nəfər kişi onu mənim əlimdən zorla alıb. Oktyabrın 16-da da, 30-da da mənə qarşı təzyiqlərlə bağlı prokurorluğa poçtla məktublar göndərmişəm. Yaxşı, o zaman məni niyə çağırmadılar?” Vətəndaş bildirir ki, bütün bunların arxasında icra başçısı Kamran Rzazadə dayanır: “Çünki onun bu məsələdən xəbəri vardı və mən ondan kömək istəmişdim. Məsələ mətbuata çıxarıldıqdan sonra icra başçısı mənə qarşı qərəzli mövqe tutmağa başladı. Kamran Rzazadə mənə dedi ki, niyə rayonu səsə salırsan?” Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
7GUN.AZ
|