Beyləqanda qadın məmurların kompromat savaşı

Şrift : |
Tarix :26-10-2011, 13:00
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 712 dəfə
Like :
Like :

    Xuraman Rüstəmova Raisa İsgəndərovanın yaxınlarını niyə işdən azad edir?

    Beyləqan rayonundan 7GUN.Az xəbər portalına maraqlı bir məlumat daxil olub. Məlumatda bildirilir ki, rayonda baş verənlər burada bir sıra sahələrdə bəzi məmurların qanunlar deyil, qaydalarla işlədiklərini göstərir. Məsələn, maliyyə şöbəsinin müdiri Məhəmmədəli Kərimov bir necə aydır işdən çıxarılıb. Lakin bu günə kimi onun yerinə hələ heç kim təyin edilməyib. Maliyyə şöbəsi rəhbəri vəzifəsinin sahibsiz qalmasının səbəbi bu post uğrunda bəzi yerli məmurların mübarizə aparması, habelə rayon İcra Hakimiyyətinin rəhbəri İrşad Əliyevin məmurlar arasında seçim etməkdə çətinlik çəkməsidir.Ümumiyyətlə isə, rayonda kompromat savaşı təkcə kişilər arasında deyil, həm də qadınlar arasında da getdikcə qızışır.
    Beyləqan şəhər 3 saylı orta məktəbin direktoru Xuraman Rüstəmova ilə RİH başçısının təhsil, səhiyyə, mədəniyyət üzrə müavini Raisa İsgəndərova arasında gedən “səssiz müharibə”nin artıq qurbanları da var.
    Beyləqan rayon sakini SMD-42 qəsəbəsində yaşayan Mehralıyeva Rahilə Yusif qızı yazır ki, İctimai-İaşə Birliyinin 16 mart 1987 –ci il tarixli , 44 saylı əmri ilə 3 saylı məktəbidə yerləşən 97 nömrəli bufetə bufetçi təyin edilib. 1992-ci ildə bufet müvəqqəti olaraq məcburi köçkünlər tərəfindən zəbt olunduğuna görə həmin dövrdə sabiq direktor Hədis Allahverdiyevin imzası ilə bufet məktəbin həyətindəki dəmir köşkə köçürülüb. Məktəbli ləvazimatı və şirniyyat orda satılıb.
    Sonradan məktəb abadlaşdırılıb , yenidən tikilib. Yeni direktor Xuraman Rüstəmova təyin ediləndən sonra Rahilə xanımın problemləri başlayıb. Direktordan təsadüfən əmək kitabçasını alan bufetçi xanım görür ki, 01.012011-ci ildə əmrlə xadimə kimi guya işə qəbul olunub. Halbuki, 01 yanvar təqvimdə heç iş günü deyil. Həmçinin digər əmrlə X. Rüstəmova Rahilə xanımın həyat yoldaşı Məharət Eyvazovu 01 noyabr 2010-cu ildə məktəbdə dalandar vəzifəsinə təyin edib. Ancaq onların heç birinin bu əmrlərdən xəbəri olmayıb. O cümlədən 2011-ci il yanvar, fevral, mart ayında xadimə kimi Rahilə Mehralıyevanın, noyabr 2010-cu ildən aprel 2011-ci ilədək Məharət Eyvazovun adına dövlətdən alınmış əmək haqlarından şikayətçilərin xəbəri olmayıb.Beyləqan şəhər İcra nümayəndəliyinin vermiş olduğu bankomat kartı kimin imzası ilə qol çəkilib götürülməsi məlum deyil. Rahilə Mehralıyavanın bu faktla bağlı Beyləqan Rayon Prokurorluğuna hələ iyun ayında müraciət etməsi də cavabsız qalıb. Belə ki, işi araşdıran ədliyyə müşaviri Feyzulla Qasımov bəhanə ilə cinayət işini başlamaqdan imtina edib. Halbuki korrupsiya faktları bu işdə danılmaz idi. Məsələ ondadır ki, Xuraman Rüstəmovanın dayısı oğlu, əvvəllər Daşkəsəndə prokuror işləmiş Yusif Qocayev hazırda Füzuli Hərbi Məhkəməsində dövlət ittihamçısıdır. Və Feyzulla Qasımova müəyyən dərəcədə təsir edir. Əvəzində Xuraman Rüstəmova Rahilə Mehralıyevanı tamamilə məktəbdən və bufetdən uzaqlaşdırıb. Hazırda məktəbin bufetini direktorun öz oğlu, təsərrüfat müdiri isə doğma qardaşıdır. Şikayətçi qadının incidilməsinin bir səbəbi də onun Raisa İsgəndərova ilə yaxın olmasıdır. Xuraman Rüstəmova rayonda özünə yaxın media nümayəndələrinə xanım İsgəndərova ilə bağlı dəfələrlə komromat ötürüb. Və Raisa İsgəndərovanın RİH Aparatında vəzifəyə gəlməmişdən əvvəl rəhbərlik etdiyi Beyləqan rayon Uşaq Yaradıcılıq Mərkəzində guya dəfələrlə qalmaqallar törətdiyi barədə söhbətlər yayıb. Halbuki, Xuraman Rüstəmovanın özünün bir zamanlar müəllim yoldaşlarına xəsarət yetirməsi, hətta birinin üstünə qaynar su tökməsi barədə rayon əhalisinin hamısı xəbərdardır...

    Yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO