 |
Şrift : |
|
 |
Tarix : | 27-10-2011, 11:31 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 372 dəfə |
Like : |
|
Like : |
|
|
“Siyasi proseslərin necə gedəcəyini tam olaraq kimsə müəyyənləşdirə bilməz”
ADP-nin sədri Sərdar Cəlaloğlu Teleqraf.az saytına açıqlamasında Açıq Cəmiyyət Partiyasının fəaliyyətini görmədiyini və onun siyasi perspektivinə inanmadığını bildirib. Eyni zamanda o, Rəsul Quliyevin 2013-cü il prezident seçkilərində müxalifətin vahid namizədi ola biləcəyinə dair fikirləri absurd hesab edib. Açıq Cəmiyyət Partiyasının sədri Vaqif Mahmudov da öz növbəsində teleqraf.az-a açıqlamasında bu məsələyə aydınlıq gətirməyə çalışıb. V.Mahmudov bildirib ki, o, jurnalistin sualını cavablandırarkən , “Hər bir siyasi təşkilat öz sədrinin vahid namizəd kimi irəli sürülməsinin tərəfdarıdır”- deyib. V.Mahmudovun sözlərinə görə, ACP kimisə Rəsul Quliyevi müdafiəsində dayanmağa məcbur etmək xəttini tutmayıb: “Bizim partiyanın siyasi leytmotivi də o deyil ki, bütün digər partiyalar bizim liderimizi müdafiə etməlidir. Sadəcə olaraq verilən sualdan belə bir cavab doğmuşdu”. ACP-nin siyasi fəaliyyətinə və perspektivinə gəlincə, V.Mahmudov deyib ki, hansısa partiyanı təftiş etməzdən əvvəl müxalifətin ümumi siyasi vəziyyətinə nəzər salınması vacibdir: “Biz də daxil olmaqla yaxşı olardı ki, ümumi siyasi mənzərəyə baxaq, aramızdakı neqativ halları aradan qaldıraq, siyasi mübarizənin yeni metodlarını arayıb-axtaraq, baş vermiş hadisələrə nəzər yetirək, vəziyyəti ətraflı təhlil edib reallıqlardan çıxış edək. Bizim partiyanın əsas marağı, məramı da siyasi mübarizəni bu isqitamətdə qurmaqdan ibarətdir. Digərlərini bizi tənqid etməsinə cavab olaraq biz də onları tənqid etməklə köhnəliyin əlamətinə qayıdırıq. İndiyə kimi belə hallar çox olub”. Rəsul Quliyevin müxalifətin vahid namizədi olmasının absurd hesab olunmasına gəldikdə isə ACP sədri bildirib ki, absurd tamamilə başqa bir şeydir və siyasətdə də istisnalar yoxdur: “Siyasi proseslərin necə gedəcəyini tam olaraq kimsə müəyyənləşdirə bilməz. Biz kiminsə qarşısında belə bir tələblə də çıxış etməmişik”.
|