 |
Şrift : |
|
 |
Tarix : | 27-10-2011, 13:21 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 312 dəfə |
Like : |
|
Like : |
|
|
Qurban Yetirmişli: “Dənizdə potensial gücə malik olan zəlzələ ocaqları var”
Son zamanlar Xəzər dənizində seysmoloji stansiyaların quraşdırılacağı haqda mətbuatda vaxtaşırı xəbərlər getməkdədir. Seysmoloji stansiyalar, adətən aktiv zəlzələ ocaqları, xüsusilə də strateji obyektlər yerləşən zəlzələ ocaqları yerləşən ərazilərdə quraşdırılır. Bu, bir növ yeraltı təkanlar barədə qabaqcadan məlumat almaq və ehtiyat tədbirlər görmək məqsədi daşıyır.
7GUN.AZ Xeber.info portalına istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət direktoru Qurban Yetirmişli Xəzər dənizinin seysmik cəhətdən çox aktiv olduğunu deyib. Onun sözlərinə görə, dənizdə potensial gücə malik olan zəlzələ ocaqları var. Yetirmişli onuda qeyd edib ki, Xəzərdə seysmoloji stansiyaların qurulmasının səbəbi təkcə bu deyilmiş. Çünki, bununla yanaşı, Xəzər dənizində bizim zəngin neft yataqlarımız var: “Bu yataqlar yerləşən ərazilərdə, ocaqların seysmikliyinin daha dərindən öyrənilməsi, tədqiqatların yüksək səviyyədə aparılması, boruların çəkilməsi üçün belə stansiyaları Xəzərdə qurmağı nəzərdə tutmuşuq”. Onun sözlərinə görə, quru sahələrdə belə stansiyaların sayının ilin sonuna qədər 35-ə qədər artırılması nəzərdə tutulur: “Bu saya çatmağımıza az qalıb. Xəzər dənizində isə gələcəkdə bu stansiyaların sayının 10-a çatdırılması nəzərdə tutulur. Bu cür stansiyalar, dünyanın ancaq bir-iki ölkəsində var. Biz bunu ilk dəfə olaraq Xəzərdə tətbiq edib, quracağıq”.
Mərkəz direktoru, həmçinin Türkiyədə baş verən zəlzələnin Azərbaycana hər hansı bir formada təsiri olub-olmaması məsələsinə də aydınlıq gətirib. O, bildirib ki, Türkiyədə baş verən zəlzələnin həm məsafə etibarı ilə, həm də cografi, geoloji baxımdan Azərbaycan üçün heç bir təhlükəsi yoxdur.
7GUN.AZ
|