"İqtisadi İnkişaf Nazirliyi obyektlərdən pul yığır"

Şrift : |
Tarix :27-10-2011, 13:41
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 1066 dəfə
Like :
Like :

    "Əgər obyektin rəhbərliyi xəbərdarlığa əməl etməsə..."

    İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti paytaxtdakı ticrət obyektlərində yoxlamalara başlayıb. Nəsimi rayonu H.Əliyev küçəsində fəaliyyət göstərən və Abdullayeva Mətanət Qasım qızına məxsus ticarət obyektinə 800 manat, Mövlamov Anar Oruc oğluna məxsus ticarət obyektinə isə 1500 manat cərimə tətbiq edilib. Bu barədə 7GUN.AZ xəbər portalına obyekt sahibləri məlumat veriblər. Onların sözlərinə görə, reydi həyata keçirən nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti heç bir səbəb göstərmədən ticarət obyektlərinə külli miqdarda cərimələr tətbiq edir, ya da zorla bağlatdırır.
    Qeyd edək ki, ASİHMDX-nin həmin ünvana göndərdiyi bildirişdə qeyd olunur ki, Mətanət Abdullayeva və Mövlamov Anar Oruc oğlu yol verdiyi qanun pozuntulara və istehlakçıların hüquqlarını pozduğuna görə inzibati qaydada cərimə olunur. Həmçinin bildirilir ki, cərimənin 30 gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi məqsədilə, AR İnzibati Xətalar Məcəlləsinin 451.1-ci maddəsinə uyğun olaraq, 19 oktyabr 2011-ci il Tarixli, 003067 saylı “Ticarət qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə Qərar” Sizə göndərilir. Sənəddə məsələnin əsl mahiyyəti kimi sözügedən ticarət obyektlərində ətin qiymətinin “süni” olaraq 8-10 manat arasında dəyişməsi göstərilir. Ancaq sahibkarlar bu iddia ilə razılaşmırlar. Onlar bildirirlər ki, bir neçə gün bundan əvvəl Dövlət Xidmətinin əməkdaşları gələrək ətin qiymətini müəyyənləşdiriblər, biz də həmin qiymətə satırıq: “Yoxlama nəticəsində bizə xeyli ziyan dəydi. Ət məhsullarını möhürlənərək soyuducuya qoydular. 600 manat dəyərində ət soyuducuların işləməməsi və elektrik enerjisinin fasilələrlə verilməsi nəticəsində xarab oldu. Nazirlik heç bir əsas olmadan bizi cərimələyib. Əgər doğrudan da biz qiyməti qanunsuz olaraq qaldırmışıqsa, bir neçə gün əvvəldən bizə xəbərdarlıq gəlməlidir. Əgər obyektin rəhbərliyi xəbərdarlığa əməl etməsə, onda bizə cərimə tətbiq edilə bilər. İndiki məqamda isə onların bu addımı atmağa heç bir hüququ yoxdur. Çünki ölkədə ət məhsulları monopoliyadadır. Dükan ət kəsmir, alır. Deməli, nazirlik dükanları yox, ət satanları cəzalandırmalıdır. Qiymət ölkə üzrə bahalaşdırılıb. Sahibkar əti 10 manata alırsa, onu neçə manata satmalıdır? Niyə nazirlik monopoliyaya qarşı mübarizə aparmır, ətin qiymətini süni şəkildə qaldıranlara qarşı çıxmır? Sahibkarı cəzalandırmağa nə var ki. Belə çıxır ki, nazirlik həmin qüvvələrdən qorxur. Sadəcə sahibkarları sıradan çıxarmaq üçün onları yüksək məbləğdə cərimə edir və konkret olaraq obyektlərdən açıq şəkildə pul yığır”.
    Məsələ ilə bağlı İqtisadi İnkişaf Nazirliyi ilə əlaqə saxladıq. Mətbuat xidmətindən Vüsalə xanım bildirdi ki, o, bu məsələyə aydınlıq gətirə bilməz. Ona görə də bizə mətbuat katıbi Abbas müəllimlə əlaqə saxlamağı tövsiyyə etdi. Təəssüf ki, Abbas müəllimə etdiyimiz zənglər cavabsız qaldı.
    Mövzunu diqqətdə saxlayacağıq.

    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO