Əvəz Zeynallı həbs olundu

Şrift : |
Tarix :29-10-2011, 11:02
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 423 dəfə
Like :
Like :

    Baş redaktor Kanal13" internet televiziyasında verilişə gedərkən saxlanılıb


    “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı dünən axşam saatlarında həbs edilib. 7GUN.AZ “Yeni Müsavat” qəzetinə istinadən yazır ki, onlara məlumat daxil olan kimi baş redaktorun hansı qurum tərəfindən saxlanıldığını araşdırıblar.
    Qəzet bildirir ki, ilkin olaraq əldə etdikləri məlumatda baş redaktorun deputat Gülər Əhmədovanın şikayəti əsasında Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılması qeyd olunub.
    Bu barədə “Yeni Müsavat”a məlumat verən mənbə bildirib ki, G.Əhmədova şikayət ərizəsində baş redaktorun ondan rüşvət istəməsi barədə əlində lent yazısı olduğunu da qeyd edib. Başqa bir məlumatda isə Baş Prokurorluğun Korrupsiya qarşı Mübarizə İdarəsində baş redaktorun üzünə durdurmaq üçün daha bir neçə nəfərin ifadəsinin aldığı bildirilirdi.
    Bunun ardınca “Turan” agentliyi vəkil Elçin Sadıqova istinadən məlumat yaydı ki, Ə.Zeynallı Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə aparılıb. Baş redaktorun saxlanılmasına səbəb oktyabrın 19-da parlamentin deputatı Gülər Əhmədovanın şikayəti ilə ona qarşı açılmış cinayət işidir. Deputat Ə.Zeynallının ondan pul istədiyini iddia edib.
    “Turan”ın məlumatında həmçinin srağagün Ə.Zeynallının həmkarlarına G.Əhmədovanın onun yanına gələrək, hakimiyyətə qarşı loyallığı müqabilində pul təklif etdiyini deməsi xatırladılır.
    Baş redaktor “Kanal13" internet televiziyasında verilişə gedərkən saxlanılıb.
    Qeyd edək ki, bir neçə iddia üzrə cərimə ödəmədiyinə görə oktyabrın 20-də məhkəmə icraçıları məhkəmənin qərarı ilə “Xural”ın əmlakını müsadirə ediblər. Əmlakın müsadirəsindən sonra iddiaçılara cərimə ödəməkdən imtinaya görə Ə.Zeynallıya qarşı cinayət işi açılıb.
    Redaktorlar Birliyi isə bəyanatla çıxış edərək, “Xural” qəzetinə qarşı təzyiqi pisləyib və əmlakın müsadirəsini qanunsuz adlandırıb.
    Ə.Zeynallının saxlanılmasından sonra jurnalistlər Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin qarşısına toplaşsalar da elə bir əlavə məlumat ala bilməyiblər və daha sonra “Xural”ın redaksiyasına yollanıblar. “Yeni Müsavat”ın orada olan əməkdaşı Samir Kazımlının verdiyi məlumata görə, saxlandıqdan bir neçə saat sonra Ə.Zeynallının Nəsimi Rayon Məhkəməsinə aparıldığı məlum olub.
    Qəzetin əməkdaşının bildirdiyinə görə, Ə.Zeynallının Nəsimi Rayon Məhkəməsində məhkəməsi getdiyi vaxtlarda Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları və polislər qəzetin redaksiyasında axtarış aparıblar.
    S.Kazımlı da daxil olmaqla axtarışda iştirak etmək istəyən jurnalistlərə qarşı zor tətbiq olunub və onlar içəri buraxılmayıblar.

    “Qafqazinfo”nun məlumatına görə, Ə.Zeynallı ilə bağlı keçirilən məhkəmə iclası saat dünən axşam saat 22:20 radələrində başa çatıb. Vəkil Elçin Sadıqov jurnalistlərə açıqlama verərək bildirib ki, məhkəmə Ə.Zeylnallı barədə 3 aylıq həbs-qətimkan tədbiri seçildi. Baş redaktor Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4 (Rüşvət tələb etmə) maddələri ilə ittiham olunur.
    Hadisə ilə bağlı “Yeni Müsavat” qəzeti deputat Gülər Əhmədovanın da mövqeyini öyrənmək istəsə də, o, mobil telefonuna edilən zənglərə cavab verməyib.

    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO