 |
Şrift : |
|
 |
Tarix : | 1-11-2011, 12:34 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 486 dəfə |
Like : |
|
Like : |
|
|
Rayon mərkəzi xəstəxanasında korrupsiya və rüşvətxorluq izaholumaz həddədir
Xaçmaz rayon Mərkəzi Xəstəxanasında rüşvətxorluq və korrupsiya halları tüğyan edir. Bu barədə 7GUN.AZ-a Xaçmaz rayonundan məlumat daxil olub. Məlumatı verən mənbə bildirir ki, xəstəxana bir neçə ay bundan öncə əsaslı təmir olundu və ölkə başçısı İlham Əliyev rayona səfəri çərçivəsində sentyabrın 23-də əsaslı təmirdən sonra istifadəyə verilmiş xəstəxana ilə tanış oldu. Bu tədbirə Səhiyyə naziri Oqtay Şirəliyev də qatılmışdır və o, Prezident İlham Əliyevə məlumat verdi ki, bu gün ölkədə ən çox diqqət göstərilən və müasir səviyyədə yenilənən sahələrdən biri də səhiyyədir. Nazir bildirdi ki, ölkəmizdə səhiyyənin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır, bütün xəstəxanalar və tibb ocaqları müasir səviyyədə təmir olunur, onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilir. Hətta ən ucqar rayonlarda da müasir tibb ocaqları, diaqnostika mərkəzləri yaradılır. Səhiyyə nazirinin bu çıxışının Xaçmaz rayon Mərkəzi xəstəxanasında aidiyyətinin olmadığını bildirən mənbə hesab edir ki, nazirlikdə də bir sıra məsul şəxslər xəstəxanada baş verənlərdən xəbərdardırlar. Belə ki, xəstəxanada rüşvət və korrupsiya son günlər izaholunmaz həddə çatıb. Hətta 110 çarpayılıq xəstəxanada xəstələrə çarpayılar belə satılır. İmkansız şəxslər müalicə müddəti bitməmiş xəstəxanadan çıxarılır, yerinə yeni gəlmiş xəstələr pul alındıqdan sonra palatalara köçürülür. Xaçmazdakı mənbənin verdiyi məlumata görə, mərkəzi xəstəxana dövlət nəzdində olan müəssisə olsa da, rəhbərlik buranı sanki “özəl” xəstəxanaya çevirib. Müayinə və müalicənin rüşvətsiz qeyri-mümkünlüyünü deyən mənbə bildirir ki, hətta dərman preparatları da xəstələrə pulla satılır. Xəstəxananın baş həkiminin nazirlikdə hansısa şəxslər tərəfindən himayə olunduğunu deyən mənbə hesab edir ki, buradakı qanunsuzluq faktlarını dəqiqləşdirmək üçün hüquq-mühafizə orqanları və Antikorrupsiya Komissiyası xəstəxanada yoxlamalar keçirməlidir. Çünki Səhiyyə Nazirliyinin əməkdaşları yoxlamaları həyata keçirərkən rəhbərlik tərəfindən "razı" salınır, onlar da Oqtay Şirəliyevə problemin olmadığı deyərək asanlıqla aldada bilirlər. Tibbi xidmətlərin baha olduğuna gəldikdə, mənbə vurğulayır ki, müayinə, müalicə və analizlərin qiymətlərindən, yeməyin keyfiyyətsizliyindən, cərrahiyyə əməliyyatları zamanı alınan məbləğdən, həkimlərin, tibb bacılarının və hətta burada çalışan xadimələrin rüşvətxorluğundan bütün xəstələr cana doyublar. Əgər istənilən bir xəstə xəstəxanaya gedərsə, həkimlər öncə ondan konkret məbləğ tələb edirlər. Mənbə nazirliyi xəstəxana ilə bağlı ölçü götürməyə çağırmaqla yanaşı, hesab edir ki, bu qədər problem olduğu halda Oqtay Şirəliyevin səhiyyədəki "böyük" uğurlarımızdan danışması ironik təsir bağışlayır. Çünki Xaçmaz rayon Mərkəzi Xəstəxanası bütün bu “uğurlar”ın üstündən xətt çəkir. Ona görə də nazirlik problemi aradan qaldırmaq üçün ciddi tədbir görməlidir. Qarşı tərəfin də mövqeyini dətrc etməyə hazırıq.
7GUN.AZ
|