 |
Şrift : |
|
 |
Tarix : | 2-11-2011, 16:23 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 1466 dəfə |
Like : |
|
Like : |
|
|
Özünü Hadı Rəcəbli kimi təqdim edən şəxs 7GUN.AZ saytının rəhbərini ölüdürəcəyini deyib
Bu gün günorta saatlarında 7GUN.AZ saytının rəhbəri Cavid Şirəliyevə naməlum nömrədən telefon zəngi olub. Telefon edən şəxs özünü təqdim edərək, deputat Hadı Rəcəbli olduğunu deyib. Zəng etməsinin səbəbini isə saytda onunla bağlı yazının getməsini göstərib.
Bununla bağlı açıqlama verən saytın baş redaktoru Cavid Şirəliyev deyib ki, özünü Hadı Rəcəbli kimi təqdim edən şəxslə mümkün qədər mədəni danışmağa çalışsa da, qarşı tərəf dayanmadan onu təhqir etməyə başlayıb. «Özünü Hadı Rəcəbli kimi təqdim etdiyindən onunla etik normalar çərçivəsində danışmağa çalışırdım. Amma adam ağzına gələni, olmayan təhqirləri mənə dedi. Ardından da söylədi ki, bu gecə məni hardan olsam tapdıracaq və başıma oyun gətirdəcək».
Məsələ ilə bağlı DİN-in 102 Xidmətinə zəng etdiyini bildirən baş redaktoru baş verənlərlə əlaqədar olaraq polisə məlumat verib. «DİN-ə müraciət edərək vəziyyəti onlara izah etmişəm və problemin araşdırılmasını istəmişəm. Hal hazırda isə Nəsimi rayon 19-cu Polis Bölməsindən gəlirəm və baş verənlərlə bağlı ərizəmi təqdim etmişəm. Orada məndən izahat aldıqdan sonra məsələni araşdıracaqlarını dedilər».
Cavid Şirəliyev daha sonra bildirib ki, o, ona zəng edən şəxsin deputat Hadı Rəcəbli olduğuna inanmır. «Mən inanmıram ki, hər hansı bir deputat bu qədər əxlaqsız və ədəbsiz davranışa sahib olsun. Ancaq zəng edərək məni təhqir edən şəxs həqiqətən də Hadı Rəcəblidirsə, o zaman bir deputatın bu qədər əxlaqı dəyərlərdən kasıb olduğuna təəssüf edirəm».
|