 |
Şrift : |
|
 |
Tarix : | 4-11-2011, 16:23 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 735 dəfə |
Like : |
|
Like : |
|
|
Rayonda təmir-abadlıq işlərində çalışan fəhlələr iki aylıq zəhmət haqqlarını ala bilmir
Salyan rayon İcra hakimiyyəti tərəfindən fəhlələrin pulu verilmir. Belə ki, Salyan şəhərində görülən abadlıq-təmir işlərinda çalışan fəhlələrə iki aydır ki, əmək haqqı verilmir. 7GUN.AZ Xəbər.İnfo portalına istinadən xəbər verir ki, bu barədə sayta fəhlələrin özləri məlumat verib. Onların sözlərinə görə, sentyabrın 12-dən Salyanda yol kənarlarında abadlıq işlərini görüblər. Ancaq indiyə kimi, görülən işlərin müqabilində fəhlələrin zəhmət haqqısı ödənilməyib və pulun nə vaxt veriləcəyi barədə onlara dəqiq bir vaxt demirlər. 10-12 fəhlənin hər birinin 400-500 manat pulun icra hakimiyyəti tərəfindən ödənilmədiyi bildirilir. Fəhlələrin sözünə görə, dövlət başçısı İlham Əliyevin Salyana səfəri gözlənildiyindən, şəhərdə abadlıq-təmir işləri görülür. Görünənlər isə onu deməyə əsas verir ki, Salyan icra hakimiyyətinin başçısı Tahir Kərimov fəhlələrin pulunu ödəmək fikrində deyil.
7GUN.AZ
|