Neftçala zülmətə qərq olub

Şrift : |
Tarix :6-11-2011, 12:21
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 1252 dəfə
Like :
Like :

    Rayon ərazisində qaz və işıq iki gündür ki, tamam kəsilib



    İcra başçısı İsmayıl Vəliyev isə bayram keçirmək üçün Bakıya gəlib

    Neftçala rayonunda sosial böhran yaşanır. Rayon sakinlərinin Bizimxeber.com-a verdiyi məlumata görə, rayonda iki gündür ki, qaz və elektrik enerjisinin verilməsi tamam dayanıb. Rayonun demək olar ki, əksər kənd və qəsəbələrində ciddi problemlər yaşanmaqdadır. Aidiyyatı qurumlar isə problemin həll olunmasında çətinlik çəkirlər. Zaman-zaman yığılıb qalan problemlərin vaxtında həll edilməməsi, üstəlik yeni rəhbərliyin və əsasən də icra başçısı İsmayıl Vəliyevin işə səriştəsiz yanaşması artıq problemin daha da dirinləşməsinə gətirib çıxarıb. Ən qəribəsi də odur ki, aidiyyatı qurumlar problemi həll etmək əvəzinə vəziyyətin normal olduğunu iddia edirlər. Məsələn, Neftçala Qaz İdarəsinin rəisi Pərviz müəllim deyir ki, elə də ciddi problem yoxdur. Onlarla kənddə və qəsəbədə problemin həll olunması istiqamətdə iş gedir: «Ərazi palçıqlı olduğu üçün texnikanın əraziyə aparılması mümkün deyil». Qəribə açıqlamadır. Nəzərə alsaq ki, qış indi başlayıb və qarşıda qar yağacaq, onda belə çıxır ki, problem bu il də həll olunmayacaq. Çünki, bu problem illərdə rayonda hökm sürür və onun həlli hələlik mümkün deyil. Ən qəribə açıqlamanı isə icra başçısı İsmayıl Vəliyevin sosial məsələlər üzrə müavini Nəriman müəllimdən gəldi. Neftçalada yaranan sosial böhranın səbəblərini, işıq və qaz probleminin hansı səbəbdən yarandığını soruşduqda aldığımız cavab bu oldu: «Yalandı, Neftçalada qaz da var, işıq da. Yalan danışırlar».
    Bundan sonra bizim konkret faktlarımız qarşısında çıxılmaz vəziyyətdə qalan Nəriman müəllim problemin bir neçə kənd və qəsəbədə yaşandığını demək məcburiyyətində qaldı. Bir qədər sonra isə rayondakı ağacların kökündən çıxdığını və başlarının bu kimi problemlərin həllinə qarışdığını deyən Nəriman müəllim çıxış yolu tapmaq üçün nə gəldi dedi:«Bilirsiz, biz problemləri həll etməyə çalışırıq. Həll olunacaq». Fikir verirsinsə, Nəriman müəllim problemin varlığını gizlətməyə çalışdı, amma alınmadı.
    Digər məsələ isə, rayonda qaz sayğaclarının quraşdırılmasıdır. Belə ki, sakinlər deyir ki, qaz sayğacları hər bir evə quraşdırılmalı olduğu halda bu baş vermir. Qaz İdarəsinin əməkdaşları və İcra hakimiyyətinin sosial məsələlər üzrə müavini Nəriman müəllimin adamları evbəev gəzərək sayğacların quraşdırılması məsələsində vətəndaşlara «məsləhətlər» verirlər. Məsləhət isə belədir: «Hər ay 40-50 manat ver, sənə sayğac quraşdırmayaq». Bununla razılaşmayanlara isə sayğaclar quraşdırılır. Ən qəribəsi odur ki, sayğaclar quraşdırılmayan mənzillərdə normal qaz var. Sayğacı olanlar isə donmağa məhkumdur. Bunun səbəbi də çox sadədir. Borularda qaz təzyiqi tamamilə olmadığı üçün sayğaclar işləmir və nəticədə mənzilə qaz gedib çıxmır.
    Sayğacsız mənzillərdən yağılan 50 manat (lar) isə məlum məsələdir ki, ciblərə gedir. (Bu faktla bağlı dəqiq təfərrüatlar yaxın günlərdə qeyd olunacaq). Bir sözlə, Neftçala rayonunda ciddi problem yaşanır. Havaların soyuması və nəticədə qaz və işıq idarələrinin qışa hazır olmaması, qarşıda rayon sakinlərinin ciddi problemlərlə üzləşəcəklərini deməyə əsas verir. İcra başçısı İsmayıl Vəliyev isə qurban bayramını keçirmək üçün Bakıya, işıqlı və isti evinə gəlib. Rayon sakinləri isə soyuq mənzillərində müqəddəs bayramı belə keçirmək gücündə deyillər.

    Soyuq və işıqsız mənzilindən bizə telefon açan rayon sakini demişkən - «Olsun, İsmayıl Vəliyevin etdiklərinin cavabını qarşıda gələn seçkilərdə verəcəyik. Bizə qaz, işıq və su verməsinlər, biz də seçkilərə getməyək. Əl əli yuyar, əl də üzü. Amma bizim donmuş əllərimiz bu dəfə nə İsmayıl Vəliyevin üzünü yuyacaq, nə də seçki bülletenlərini tutacaq».

    Bizimxeber.com\Ədil Hüseynli


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO