 |
Şrift : |
|
 |
Tarix : | 16-11-2011, 14:41 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 1793 dəfə |
Like : |
|
Like : |
|
|
“Rəsul Quliyev öz yazıları ilə sadəcə olaraq özünü yada salmağa çalışır. O, bir siyasətçi kimi iflasa uğrayıb. Bu adam Azərbaycan ictimaiyyətinin yaddından çoxdan çıxıb. Bu gün Rəasul Quliyev Azərbaycan maraqlı deyil”.
Bu fikirləri Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə teleqraf.az saytına deyib. ACP liderinin son yazılarına münasibət bildirən A.Mirzəzadə hesab edir ki, R.Quliyevi nəinki cəmiyyət, heç müxalifət cəbhəsi də ciddi fiqur kimi qəbul etmir. “Rəhbərlik etdiyi ADP-dən onu qovdular, yaratdığı partiya da qısa bir müddətdən sonra dağılıb getdi. Bu gün Rəsul Quliyev öz fəaliyyətinin acı nəticələrini dadmaqdadır. Amma bununla belə o, zorla ictimai fikrə daxil olmağa çalışır. Rəsul Quliyevin yazılarındakı fikirlər sadəcə olaraq hardansa, bir-iki qəzetdən və yaxud da İnternet saytlarından oxuduğu cümlələrdir. Çünki onun potensialı hətta həmin cümlələri deməyə imkan vermir. Onun yazdığı yazılardan biri başdan-ayağa Azərbaycana qarşı təhqirlərlə dolu idi. Hətta bu, müxalifət cəbhəsinin özündə böyük narazılıqla qarşılandı. Ona görə də onun nə deməsinin bu gün Azərbaycan üçün elə bir əhəmiyyəti yoxdur”. R.Quliyevin vaxtaşırı Azərbaycanla bağlı olduqca bədbin proqnozlar verdiyini deyən deputat onu da qeyd edib ki, sabiq spikerin verdiyi proqnozlarin heç biri bu 15 ildə özünü doğrultmayıb: “Rəsul Quliyev heç bir zaman reallıqla yaşamayıb. O, obyektivliyə bağlı olan insan deyil”.
7GUN.AZ
|