 |
Şrift : |
|
 |
Tarix : | 23-11-2011, 15:51 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 644 dəfə |
Like : |
|
Like : |
|
|
Soyğunçular Cavid Şirəliyevin üstündən 1250 manatı da götürüblər
Noyabrın 21-də "www.7gün.az" saytının baş redaktoru Cavid Şirəliyev fiziki zorakılığa məruz qalıb. O, Nəsimi RPİ 20-ci polis bölməsinə ərizə ilə müraciət edərək həmin gün saat 18.20 radələrində A.Məhərrəmov küçəsi ev 30/14-ün qarşısında Bakı İnformasiya Agentliyinin və "Polit Ress" qəzetinin təsisçisi Südeyif Məcidov və onunla birgə olan 2 naməlum şəxs tərəfindən döyülməsini və 1250 manat pulunun alınmasını bildirib. Baş redaktor bəyan edir ki, həmin şəxslər Sudeyf Məcidovun çağırışı ilə oraya gəlib, sonra da onu döyməyə başlayıblar. Cavid Şirəliyev həmin iki naməlum şəxsi ilk dəfə gördüyünü deyir. Bu şəxslərin kriminal aləmlə əlaqəsinin olduğunu deyən baş redaktor təhlükəsizliyindən narahat olduğunu bildirir və bu məsələdə daxili işlər naziri cənab Ramil Usubovdan və baş prokuror cənab Zakir Qaralovdan yardım istəyir. Qeyd edək ki, faktla bağlı araşdırmalar da davam etdirilir və baş redaktor işin obyektiv araşdırılacağına inanır.
7GUN.AZ
|