Noyabrın 25-nə Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
AzərTAc xəbər verir ki, Bakıda və Abşeron yarımadasında noyabrın 24-dən 25-nə keçən gecə yağıntılı olacağı, qar yağacağı, səhər tədricən kəsiləcəyi, günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Bakıda gecə 0-2° şaxta, gündüz 3-5° isti olacaq.
Atmosfer təzyiqi normadan xeyli yüksək 775 millimetr civə sütunundan 770 millimetr civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında gecə və səhər yağıntılı olacağı, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacaq.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında gecə və səhər yağıntılı olacağı, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 0-4° isti olacaq.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 9-14° şaxta, gündüz 2-7° şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18° şaxta təşkil edəcək.
Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 0-4° şaxta, gündüz 1-5° isti təşkil edəcək.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı, gecə bəzi yerlərdə intensiv olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 0-3° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° şaxta olacaq.
Xəbərdarlıq: noyabrın 24-dən 25-nə keçən gecə və səhər Bakıda və Abşeron yarımadasında şaxtalı və qarlı hava şəraitinin davam etməsi ilə əlaqədar yolların buz bağlayacağı gözlənilir. Havanın minimal temperaturu 0-4° şaxta təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz: noyabrın 25-26-da Abşeron yarımadasında soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün əsasən əlverişsiz olsa da, havanın oksigenlə zəngin olmasını müsbət amil kimi qiymətləndirmək olar.