METRODA QİYMƏT ARTIMINI KİM İSTƏYİB?

Şrift : |
Tarix :1-12-2011, 18:04
Bölmə : Gündəm
Kömək :    
Baxılıb : 1658 dəfə
Like :
Like :

    Metroda gediş haqlarının artırılması narazılıqlar yaratdı.

    Lakin qiymət artımı kimlərə sərf edir suala bir çox qaranlıq məsələlərin aydınlaşdırılmasına kömək etmədi. Tarıf Şurası Bakı metropolitenin onlara müraciət etdiyini bildirsə də, lakin qarşı tərəf müraciət etmədiyini bildirir. Bu məsələ ilə bağlı həmsöhbətimiz Bakı metropolitenin rəisi Tağı Əhmədovun köməkçisi Məmməd Bayramovdur.

    - Məmməd müəllim, bir az əvvəl gənclər metroda gediş haqqının artırılmasına etiraz olaraq aksiya keçirdilər. Qiymət artımı ilə bağlı adamlar arasında narazılıq var. Metropolitendə bu narazılıqlara münasibət necədir?

    - Siz müxbirsiz, bu şeyləri bizdən yaxşı bilirsiniz, metropoliten qiymət artırmır. Metropoliten əmrə tabe təşkilatdır. Tarif (qiymət) Şurası 5 qəpik artırıb, biz də sərnişin daşıyanıq. İcraedici orqanıq, biz əmr vermirik.

    - Tarif Şurasına metropoliten müraciət etməyib ki?

    - Metropolitenin heç bir müraciəti olmayıb.

    - Onda Tarif Şurası sizin müraciətiniz olmadan belə bir qərar qəbul edib?

    - Bir sərnişinin metroda daşınması 47 qəpiyə başa gəlir. Tarif Şurası da fikirləşir ki, 47 qəpiyin 32 qəpiyini dövlət nə vaxta qədər ödəyəcək.

    - Bu o deməkdir ki, bu artım son qiymət artımı deyil?

    - Mən bu barədə bir şey deyə bilmərəm. Mən nə Tarif Şurasında işləyirəm, nə də ora müraciət etmişəm...

    - Məmməd müəllim, adamların etirazını, narazılığınızı haqlı sayırsınızmı?

    - Düşünmürəm ki, adamlar bu məsələdə haqlıdır. Bilirsiniz, 5 qəpik artım göz qabağında olan nəqliyyat növündədir, narazılıq da bununla bağlıdır. Bazarda birdən-birə ət 2-3 manat bahalaşır, amma heç kim ona etiraz etmir. İndi adamlar narazılıq edir. Mənim də elə bir imkanım yoxdur ki, bu narazılığı saxlamaq üçün nə isə edim. Dövlət elə məsləhət görüb artırıblar.

    - Məmməd müəllim, gənclər qiymət artımına etiraz etdi və iki nəfəri də polis saxladı. Dekabrın 2-si və 3-də metrodan istifadə etməməklə bağlı kampaniya da başlayıb?

    - Mən indi eşitdim ki, aşağıda, bu ətrafda adamlar yığışıblar. Bunlar dövlətçilik əleyhinə gedən adamlardır.
    - Niyə belə hesab edirsiniz?

    - Dövlət belə məsləhət bilibsə, qiyməti qaldırıbsa, biz ona nə edə bilərik ki?..

    - Adamların narazılığı Metropolitendə müzakirə edilməyib ki?

    - Metropoliten icraedici qurumdur, etiraz edib nə edə bilər ki...

    /azadliqradiosu


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO