Saxta iş yerləri Şahin Mustafayevin başını bəlaya sala bilər

Şrift : |
Tarix :19-12-2011, 12:30
Bölmə : İqtisadiyyat
Kömək :    
Baxılıb : 147 dəfə
Like :
Like :

    Real durumla rəsmi statistika arasındakı disbalansın dərinləşməsi iqtisadi inkişaf nazirini çıxılmaz duruma salıb; rəqəmlərin şişirdilməsi artıq hakimiyyətin üst qatında da ikrahla qarşılanır və nazirliyə “ağını çıxartmamaq” tapşırılıb

    Yeni iş yerlərinin açılması ilə bağlı hökumətin hesabatları ölkə daxilində də, xaricində də hökumət üçün başağrısına çevrilib. Artıq beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan hökumətinin hesabatlarına demək olar ki, istinad edilmir, alternativ və mötəbər mənbə kimi Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun hesablamalarına istinad edilir. Bu barədə “Yeni Müsavat”a İqtisadi İnkişaf Nazirliyindəki mənbə xəbər verib.

    Mənbə bildirir ki, göstəricilərin şişirdilməsi, xüsusilə də yeni iş yerləri ilə bağlı rəsmi statistika artıq hakimiyyətin üst qatında da ikrahla qarşlanıb. Prezident Administrasiyasından iqtisadi inkişaf naziri Şahin Mustafayevə ciddi xəbərdarlıq edilib ki, rəsmi statistika real durumu tam əks etdirməsə də, az-cox inandırıcı görünməsi üçün tədbirlər görülməlidir. Əks halda o, hakimiyyətin qeyri-rəsmi sanksiyaları ilə üzləşə bilər. Çünki hökumətin saxta hesabatları həm də beynəlxalq aləmdə gülüş hədəfinə çevrilib.
    Yada salaq ki, rəsmi statistikaya görə, son 8 ildə Azərbaycanda 950 min iş yeri açılıb. Bu yaxınlarda Azərbaycanın Rusiyadakı səfiri rəsmən elan etdi ki, 700 mindən çox azərbaycanlı Rusiya vətəndaşlığını qəbul edib. Hər iki statistikanı ciddi qəbul etsək, belə çıxır ki, Azərbaycanda işıq sürəti ilə iş yerləri açılmağa başlayandan bu ölkənin sakinləri kütləvi şəkildə ölkəni tərk edir. Normalda isə Rusiya vətəndaşlığını qəbul edən soydaşlarımız elə işsizlik ucbatından qonşu ölkəyə üz tutur. Həqiqətən də bir elə iş yeri açılsaydı, 700 min (ən azı bir o qədər də Rusiyada hələ vətəndaşlıq ala bilməyən soydaşımız əmək miqrantı kimi çalışır) soydaşımız “anoloqsuz inkişaf edən” ölkənin vətəndaşlığından imtina etməzdi.
    İkincisi, hökumət hələ ölkədə işsizlərin sayını müəyyənləşdirə bilməyib. 2003-cü ilin rəsmi statistikasına görə, Azərbaycanda 600 min işsiz var idi. Əgər həqiqətən də son 8 ildə 950 min iş yeri açılsaydı, onda Azərbaycanda işsizlik problemi olmamalıydı. Əksinə, indi Azərbaycan işçi qüvvəsi idxal edən ölkəyə çevrilməliydi. Ancaq bu gün Azərbaycanın istənilən regionunda “qul bazarları” mövcuddur. Məşhur “O olmasın, bu olsun” filmindəki hambal sindromu 21-ci əsr Azərbaycanı üçün daha aktualdır.
    Üçüncüsü, bu gün Azərbaycanda yeni iş yerləri yalnız oliqarxlara məxsus holdinqlərdə, bazarı inhisara götürən müəssisələrdə yaradılır. Məsələn, bu il Ağsuda şirə bazarını inhisara götürməyə iddialı olan “Az-Granat” MMC işə başlayıb. Əvəzində isə şirə istehsalı ilə məşğul olan onlarla kiçik müəssisə qapadılıb. Azərbaycan iqtisadiyyatında yalnız monopolist şirkətlər investisiya yatırır və məhdud sayda iş yeri açılır. Hər bir monopolist işə başlayanda isə onlarla kiçik müəssisə sıradan çıxır.
    Nəhayət, son 8 ildə 950 min iş yeri açılsaydı fiziki şəxslərdən gəlir vergisinin həcmi əhəmiyyətli dərəcədə artmalıydı. Gələn ilin büdcəsində 696 milyon manat gəlir vergisinin yığımı proqnozlaşdırılır. Bu məbləğin 209 milyon manatı Hasilatın Pay Bölgüsü hesabına, 195 milyon manatı büdcə təşkilatlarının hesabına təmin ediləcək. 42 milyon manat isə ARDNŞ-in hesabına ödəniləcək. Qalan 250 milyon manat özəl sektorun üzərinə düşür. Məsələni bir az da sadələşdirək. Əgər ARDNŞ-də işləyən 70 min nəfər il ərzində 42 milyon manat gəlir vergisi ödəyirsə, deməli, bir neftçi orta hesabla ayda 50, ildə 600 manat gəlir vergisi ödəyir. Bu göstəricini əsas götürsək, özəl sektorda cəmi 420 min nəfər gəlir vergisinin ödəyicisi var. Hökumət arqument gətirə bilər ki, neft sektorunda əməkhaqqı yüksəkdir, onu başqa sektorlarla eyniləşdirmək olmaz. Arqumenti qismən qəbul edirik. Neft sektorunda əməkhaqqı çox yüksək olmasa da, hər halda başqa sektorlarla müqayisədə üstündür. Ona görə hesab edək ki, özəl sektorda bundan 2 dəfə çox gəlir vergisinin ödəyicisi var, yəni 840 min nəfər. Yenə hökuməti sevindirən rəqəm alınmır. Axı 950 min iş yeri açılmışdı. Bəs hanı qalan 110 min nəfər? Hələ 2003-cü ilə qədər özəl sektorda bir neçə yüz min nəfər çalışırdı. Bəs onlar hara qeyb oldu? İstənilən təhlil hökumətin rəsmi statistikanı ifrat həddə şişirtdiyini ortaya qoyur. Beynəlxalq maliyyə institutları da bu amilləri görə Azərbaycan hökumətinin hesabatlarına şübhə ilə yanaşır. Prezidentin Administrasiyası yəqin elə buna görə də İqtisadi İnkişaf Nazirliyinə yeni iş yerləri ilə bağlı statistika siyasətinə yenidən baxmağı, “ağını çıxartmamağı” tapşırıb. Prezident Administrasiyasında belə hesab edirlər ki, zərurət yaranarsa saxta rəqəmlərlə bağlı məsuliyyəti iqtisadi inkişaf nazirinin üstünə atmaqla onu qurban vermək olar. Şişirdilmiş rəqəmlər hökumətə başqa baxımdan da ziyan vurur: xarici yardımlar getdikcə kəsilir, ölkəyə kreditlər daha yüksək faiz və sərt şərtlərlə verilir. Bir sözlə, indiki halda şişirdilmiş rəqəmlər hökumət üçün çox ciddi problemə çevrilib.

    Musavat.com


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO